Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2020 10:56

"Azərbaycan Ordusu" qəzeti № 59 (2477)

“Torpaqlarımızı işğaldan azad etməyə hazırıq, qadirik!”

Gen dərələrin ətəyindən dolanıb keçən yollarla üzü səngərlərə doğru gedirik. Ovqatımız olduqca yüksəkdir. Çünki Vətənin keşiyində dayanan zabit və əsgərlərlə görüşəcəyik. Onlarla maraqlı görüş və söhbətlərimiz çox olub. Belə görüşlərin hər biri yaddaşımıza hopub. Yəqin ki, bugünkü görüşümüz də yaddaşımızdan silinməyəcək. Nə vaxt ön xətdə dayanan hərbçilərimizin yanına gediriksə, onları yüksək ovqatda görürük...davamı



“Bayrağımız tezliklə işğaldan azad edəcəyimiz torpaqlarımızda da dalğalanacaq”

Ordu sıralarında xidmətləri ilə tabeliyində olan şəxsi heyətə nümunə olan zabitlərimiz çoxdur. Leytenant Talıb Talıbov da belə zabitlərdəndir. Onunla düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində tanış olduq...davamı



Təlimlər döyüş hazırlığını daha da artırır

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin döyüş hazırlığı ilə yaxından tanış olduq. Dağlıq ərazidə bölmənin döyüş hazırlığı məşğələsi ilə məşğul olan şəxsi heyətə yaxınlaşdıq. Artilleriyaçılar dərs cədvəlinə uyğun olaraq müxtəlif döyüş tapşırıqlarını məşq edirdilər. Komandir tərəfindən verilən komandaları cəld yerinə yetirirdilər...davamı



“Mən də döyüşlərin iştirakçısı olacam!”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin bölməsindəyik. Torpaqlarımızın keşiyində dayanan igid oğullarımızla görüşə gəlmişik. Bizi müşayiət edən zabit Bəbir Həsənliyə "Nümunəvi xidmət" rubrikasına yazı hazırlamaq istəyimi bildirdim. O, əsgər Elgün Səmədovun adını qeyd etdi. Zabit tabeliyində xidmət edən əsgərdən danışaraq dedi ki, Elgün Səmədov xidmətini düzgün təşkil edir, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir. Onun komandirlərinin və əsgər yoldaşlarının hörmət və rəğbətini qazandığını qeyd etdi...davamı



Siz xalqımızın qalibiyyət bayrağı olacaqsınız!


Yadelli qəsbkarlara qarşı hər cür döyüş hər bir xalqın birinci borcudur, Azərbaycan əsgəri! Siz xalqın bu borcunun əsgərisiniz, bu müqəddəs borcu yerinə yetirmək sizin borcunuzdu. Bu borcu Ali Baş Komandanın döyüş əmriylə dövlətə, dövlətçiliyə sədaqətli vətəndaş kimi yerinə yetirərək döyüşəcəksiniz. Bu müqəddəsliyi qəhrəmanlıqla başa çatdıracaqsınız, bütün dövrlərin qəhrəmanlarının davamçıları olacaqsınız...davamı



Qələbə ruhlu ömür yolunun ünvanı - Cəmşid Naxçıvanski muzeyi

Naxçıvan şəhərinin mərkəzi küçələrindən birində tarixi bina yoldan keçənlərin diqqətini cəlb edir. XIX əsrə məxsus olan bina bir çox tarixi hadisələrin şahidi kimi bu gün də öz əzəmətini qoruyub saxlamaqdadır. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin doğulub boya-başa çatdığı ev - Cəfərqulu xanın malikanəsi XX əsrin əvvəllərində Araz-Türk Respublikasının Naxçıvan şəhərindəki qərargahı kimi fəaliyyət göstərib. 1982-ci ildən bu günə kimi isə Cəmşid Naxçıvanskinin döyüş şöhrətini və vətənpərvərliyini aşılayan mədəniyyət müəssisəsi muzey kimi qapılarını tamaşaçılarının üzünə açıb. 2019-cu ildə muzeydə yenidənqurma işləri aparılıb...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı