Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2021 16:00

"Azərbaycan Ordusu" qəzeti № 58 (2566)

“Qalib ordunun əsgəri olmaqdan qürur duyuruq”

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu işlərini dövlət səviyyəsində prioritet elan etməsi ilə Azərbaycan Ordusu inkişaf etdi. Bu gün ordumuz daha da güclənməkdə və günümüzün tələblərinə uyğun təkmilləşməkdədir. Ötən il sentyabrın 27-də başlayıb 44 gün davam edən və cəsur Azərbaycan əsgərinin zəfəri ilə başa çatan Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. Bu qələbə sübut etdi ki, Azərbaycan əsgərinin qələbə əzminə, tarixinə və xalqına sədaqətinə heç bir kənar qüvvə təsir edə bilməz...davamı



“Əsil mənada vətəndaş olmaq, həqiqi vətənpərvər olmaq - məslək və əqidə sahibi olmaq deməkdir”

Qürur, sevinc, inam... Bu hisslər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Vətən müharibəsində qazandığı Zəfərin formalaşdırdığı hisslərdir. Tarixi Qələbə və düşmənin məcburi şəkildə imzaladığı kapitulyasiya aktı uşaqdan böyüyədək hamıda böyük ruh yüksəkliyi yaratdı, gələcək nəsillər üçün münaqişəsiz bir mühit bəxş etməyə imkan verdi...davamı



Şəhid ata, şəhid oğul və 27 yaşdan sonra başlayan ömür

Ömür son nəfəslə tamamlanmır...
Ölümdən sonra başlayan ömürlər tarixin yaşdaşı olur. Vətən üçün yaşanılmış bütün ömürlər belə ömürdü. Min illərdi Qazan xan deyirik, Beyrək deyirik, Qaraca Çoban deyirik, ... On illərdi Əlif Hacıyev deyirik, Tofiq Hüseynov, Vəzir Orucov, Yusif Mirzəyev, İsgəndər Aznaurov, Əliyar Əliyev, ..., Mübariz İbrahimov, Çingiz Qurbanov, ... deyirik. Onların hər birinin hər döyüşü xalqımızın taleyindən süzülüb gələn döyüş əzmiydi, qələbə ruhuydu. Bu əzmin, bu ruhun harayına, çağırışına qənşər gedənlər də qəhrəmanlıqla döyüşdü. Döyüşənlərdən neçəsi şəhid oldu; Vətən müharibəsində bütün şəhidlərimiz ruhən döyüşlərdəydi...davamı




Azərbaycan əsgəri qəhrəmanlıq salnaməsi yazdı

Hərbi hissələrdə son döyüşlərin iştirakçıları ilə  görüşüb tanış oluruq. O oğullarla ki, 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızın hər qarışının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək qazanılan qələbədə pay sahibləri oldular. Onların hər birinin amalı bir olsa da, döyüş xatirələri bir-birindən fərqlənir. Döyüşlər zamanı xüsusi təyinatlılar, kəşfiyyatçılar, aviasiya və hava hücumundan müdafiə bölmələri, motoatıcı bölmələr, artilleriya divizionları, mühəndis-istehkam qoşunları, rabitəçilər və adını çəkmədiyim digər qoşun növləri və bölmələrinin şəxsi heyəti birləşərək dəmir yumruqla düşmənə sarsıdıcı zərbələr endirdilər. 44 günün tamamında darmadağın olunan ordusunu görən erməni siyasi-hərbi rəhbərliyi kapitulyasiya aktını imzaladı. Haqq savaşımız rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı...davamı




Azərbaycanın hərbi səhiyyəsi müasir tələblərə tam cavab verir

Bu gün ordumuz döyüş hazırlığı, silah-sursatı ilə yanaşı, tibb xidməti ilə də dünya orduları arasında ön sıralardadı. Yeni salınan, həmçinin tam təmir olunan hərbi hissələrdə yaradılan şəraitə nəzər salsaq görərik ki, yeni istifadəyə verilən tibb məntəqələri müasir avadanlıqlarla təchiz olunub, müasir standartlara cavab verir. Ordumuzda şəxsi heyətin sağlamlığını təmin etmək, sağlam həyat səviyyəsini qorumaq hərbi hissələrin tibb xidmətlərinin  qarşısında duran başlıca vacib məsələlərdən biridir. Yerləşdiyi yerdən asılı olmayaraq bütün hərbi hissələrdə tibb personalı vəzifə borclarını layiqincə yerinə yetirir. Hər bir əsgərə xüsusi diqqət və qayğı göstərilir. Bu səbəbdən də şəxsi heyətin sağlamlığı dövlət başçımızın və ordu rəhbərliyinin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət və ordu rəhbərliyi bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir tibb müəssisələri və tibb məntəqələri tikərək hərbi qulluqçuların istifadəsinə verir. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycanın hərbi səhiyyəsi müasir tələblərə tam cavab verir...davamı




Yaralansalar da yaralıları təhlükəsiz yerə çıxarda bildilər

Cəbrayılın Şükürbəyli kəndi işğaldan azad edilmişdi. Düşmən piyadalarının, kəşfiyyat qruplarının əks-həmlə etmək imkanı ola bilməzdi -  döyüşçülərimiz olduqca ciddi mühafizə şəbəkəsi yaratmışdı. Həzin-həzin meh əsirdi. Uğur üstə olanlarımızı yolundan saxlamağa bu mehin gücü çatmazdı. Bu uğur qalibiyyət uğuruydu...davamı





Hərbi marşların tarixdən gələn səsləri

Döyüş zamanı musiqi ilə silah qoşa qanad kimi birləşəndə düşmən daha asan məhv edilir, uğur daha tez qazanılır. Qəlbləri riqqətə gətirən marş sədaları yağı üzərinə gedən əsgərləri uğura çatdırır, zəfərlərə qovuşdurur. Musiqi sədalarından güc alan döyüşçülər doğma yurdunu azad edərək həmişə xalqına qələbə sevinci yaşadır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı