Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2021 15:00

"Azərbaycan Ordusu" qəzeti № 57 (2565)

Əsgərlərimiz Zəfər ovqatı ilə xidmət edirlər

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası elan edilməmiş başlayan müharibəyə səbəb oldu. Mərkəzin bu iddiaya liberal münasibəti, müəyyən mənada onu dəstəkləməsi münaqişəni daha da dərinləşdirdi.
Azərbaycanda mövcud daxili siyasi vəziyyət, ordu quruculuğunda yol verilən ciddi nöqsanlar (kadrların düzgün seçilməməsi, bu və ya digər vəzifəyə təyin edilmədə siyasi mənsubiyyətə əsaslanılması, şəxsi münasibətlər və s.) Müdafiə Nazirliyinin fəaliyyətinin müharibə şəraitinə (müharibəyə) səfərbər edilməsinə imkan vermirdi...davamı



“Dəmir yumruq” əməliyyatının dəmir şahinləri

Ötən il hər birimizin yaddaşına Zəfər ili kimi həkk olundu. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  çatdırdı. Son iki əsrlik tariximizdə ilk dəfə idi ki, Azərbaycan torpaqlarını işğaldan azad edərək,  müharibəni ərazi bütövlüyünü bərpa edərək başa vururdu. Dövlət, ordu, xalq birliyi şanlı zəfər əldə etdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu. Xalqımız böyük sevinc yaşadı...davamı



Tarix yazanlar haqqında yazılan söz də tarixdi

Dövrünün söz yazanları deyir ki, Səfəvilər dövründə xalq həm də ordu idi. Döyüşlərdən əvvəl məmləkət boyunca hamı döyüşlərə can atırdı, yəni, əsgərləşirdi. Ordu ki, ordu idi, ordu ilə bir sırada qara niyyətlilərin qarşısına əli silah tutanlar da çıxırdı - ürəyində təpər, dizində taqət, gözlərində nur olanlar döyüşəcək ləşkərə qoşulurdu...davamı



Ən gözəl qafiyə

Adət-ənənələr zaman-zaman müəyyən formada, müəyyən formatda yeniləşə-yeniləşə, təzə məzmunla zənginləşə-zənginləşə yaşadılır. Yaşadılan ənənələr xalqın güzəranında  əbədiləşir. Bu, ruhun qüdrətidi...
Ruh yaşayır və yaşadır...davamı



“Əsgərlərimizə böyük sevgilərlə qayğı göstəririk”

Vətən qarşısındakı xidməti vəzifələrini şərəflə yerinə yetirən zabit və əsgərlərimizə tibbi xidmət göstərmək həyatımın mənasıdır, - deyə hərbi hissənin tibb məntəqəsində çalışan Gümüş Hacıyeva söhbətə başladı. - Hərbçilərimizə böyük sevgi ilə qulluq edirəm. Onlar torpaqlarımızın müdafiəçiləri, keşikçiləridirlər...davamı


"Azərbaycan Ordusu" qəzetinin tam variantı