Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2020 11:13

"Azərbaycan Ordusu" qəzeti № 57 (2475)

Döyüş əzmi, qələbə ruhu və işğala atılan son güllə

Döyüş əzmi döyüşmək istəyidi, döyüşmək məqsədidi. Həm də Vətən naminə döyüşməyin müqəddəsliyini yaşatmaqdı. Belə döyüşə tarixi döyüş də deyə bilərik. Tarixi döyüşlər anları tarixləşdirmə niyyətidi. Əsgərin döyüş hazırlığını döyüş əzmi, qələbə ruhunu mənəvi-psixoloji hazırlığı tamamlayır. Döyüş əzmi ilə qələbə ruhunun vəhdəti döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlığın  vəhdəti ilə mütənasib olmayan ordu güclü ordu ola bilməz...davamı



“Dağlardan zəfər topları atılacaq”

Ürəyimdə Vətən nəğməsi yolumuz Azərbaycan əsgərinin yanınadır. Elə bir nəğmə ki, o böyük konsert salonlarında deyil, bir bulaq başında, bir dağ yamacında, İsa bulağında, Laçın yaylaqlarında, Cıdır düzündə, barıt qoxulu səngərlərdə oxuna bilər. O nəğmə həsrətə son qoyulacaq günün - qələbə gününün nəğməsidir. Ürəyimdəki nəğməni xalqımızın həsrətinə son qoyacaq Azərbaycan Ordusunun şəxsi heyətinə - zabitinə, gizirinə, əsgərinə oxumaq məqsədilə yola çıxmışıq...davamı



“Təlimdə tər, döyüşdə zəfər”

Hər dəfə təlim mərkəzlərində olanda, şəxsi heyətin məşğələsini yaxından izləyəndə sevinc hissləri keçirirəm. Bir qayda olaraq zabit və əsgərlərimiz həmişə təlim mərkəzlərinə həvəs və maraqla gəlirlər. Onlar ilk dəfə silahdan hədəfə atəşi təlim mərkəzlərində açırlar. Canlı olaraq birinci dəfə güllə səslərini burada eşidirlər. Müharibənin də, döyüşlərin də nə demək olduğunu elə təlim mərkəzində görüb, hiss edirlər...davamı



Yaxın vaxtlarda təlimləri Cıdır düzündə keçəcəyik

Düşmənlə təmas xəttində yerləşən bölmələrimizdən birindəyik. Hərbi hissədə bizi müşayiət edən zabit Ceyhun Rzayevə qəzetimizdə müntəzəm yer alan "Gənc zabit" rubrikasına yazı hazırlayacağımızı bildirəndə çox fikirləşmədən baş leytenant Fərid İsmayılovun adını çəkdi. Bildirdi ki, gənc zabit daim öz üzərində çalışır, tabeliyində olan şəxsi heyətə diqqət və qayğı göstərir, əsgərlərimizə döyüş növbəsində diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi, Vətənimizi düşməndən göz bəbəyi kimi qorumağı tövsiyə edir...davamı



İki müqəddəs peşə

Ordu quruculuğu sahəsində qazanılan uğurlar hərbi tibb sahəsini də geniş əhatə edir. Vətən müdafiəçilərinin sağlamlığının keşiyində dayanmağı özlərinə həm vəzifə, həm də vətəndaşlıq borcu bilən həkimlərimiz uğurları ilə hamımızı sevindirirlər.

Döyüş şəraitində olan ölkənin ordusunun hər cəhətdən hazırlıqlı olmasını özünə prioritet bilən ölkə rəhbərliyinin hərbi sahədə apardığı zəruri islahatlar nəticəsində paytaxt və iri şəhərlərlə yanaşı, cəbhə xəttinə yaxın olan bölgələrdə də hərbi səhiyyənin inkişafına yönəlik vacib addımlar atılır...davamı



Əbədi qardaşlıq nümunəsi

Barbinka və Lvovdakı həbs düşərgəsindən Polşaya, oradan Almaniyaya, daha sonra Fransaya yola salınan hərbi əsirlərdən bir qrupunu Daxau ölüm düşərgəsinə göndərirlər. Onları burada qaz kamerasına salırlar. Bir müddət sonra nəzarətçilər əsirlərin meyitlərini  kameradan çıxaranda yalnız bir nəfərin sağ qaldığını görürlər. Bu sonralar adı dillərdə əzbər olan qəhrəman həmyerlimiz Əhmədiyyə Cəbrayılov idi...davamı



İki dövlət, bir millətin övladları

Azərbaycan hərb tarixinə xilaskar ordu adı ilə daxil olan Qafqaz İslam Ordusunun paytaxt Bakımızı daşnak-bolşevik birləşmələrindən azad etməsindən 102 il ötür. İki il öncə 15 sentyabr tarixində  Azadlıq meydanında böyük türk oğlu Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Bakını işğalçılardan azad etməsinin 100-cü ildönümünə həsr olunmuş möhtəşəm parad keçirildi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı