Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2020 11:00

"Azərbaycan Ordusu" qəzeti № 54 (2472)

Prezident İlham Əliyev: COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır

Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tirli növbəti hosritalının açılışı olub. Azərbaycan Resrublikasının Prezidenti İlham Əliyev hosritalın açılışında videoformatda iştirak edib. Tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən dövlətimizin başçısı çıxış etdi...davamı




Sən düşməni məhv edəcəksən, Azərbaycan əsgəri!

Qarşıdakı mövqelərə getmək üçün yolumuz yaşıllıqların arasından keçir. Hiss edirəm ki, ən böyük rəssam olan ana təbiət fırçasını bu yerlərə xəsislik etmədən çəkib. Sanki sirli-sehirli bir aləmə, gözəlliklər qoynuna düşmüşük. Bizimlə üz-üzə, göz-gözə gələn gözəlliklər qəlbimizi oxşayır, könlümüzə sığal çəkir. Belə gözəl bir məkanda xidmət etmək, yurdu düşməndən qorumağın  özü də zabitə, əsgərə böyük ruh yüksəkliyi verir, onları uğura, qələbəyə ruhlandırır...davamı




“Atəş hazırlığı döyüş hazırlığının mühüm və ayrılmaz tərkib hissəsidir”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin atəş hazırlığı məşğələsində iştirak etdik. Zabit Rəşad Əliyev Vətən müdafiəçilərinin döyüş hazırlığından danışaraq dedi ki, təsdiq olunmuş hazırlıq planına əsasən əsgərlərimizlə məşğələlər keçirilir.
"Günün nizam qaydasına uyğun olaraq, şəxsi heyətlə dərslər keçirilir. Hal-hazırda bölmənin şəxsi heyəti atəş hazırlığı məşğələsinə cəlb olunub. Bu gün igidlərimiz tabeliklərində olan bütün silahların sökülüb-yığılmasını öyrənirlər...davamı




Şəxsi heyət qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə hazırdır

Bu gün Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir hərbi qulluqçu doğma Vətənini vicdanla qoruyacağına və zabit adını daim uca tutacağına təntənəli şəkildə and içib. Onlar bu andı layiqincə yerinə yetirməyə daim hazırdırlar. Zabitlərimiz də xidməti vəzifələrini uca tutur, onları böyük sevgi ilə icra edirlər.
"N" hərbi hissəsində belə zabitlərimizdən biri baş leytenant Nizami Əmiraslanovla tanış olduq...davamı




“Qələbəyə gedən yol yüksək döyüş hazırlığından keçir”

Səngər, özünü azərbaycanlı sayan, azərbaycançılıq məfkurəsini həyat tərzinə çevirən hər bir kəsin ömrü boyu heç olmazsa bircə dəfə görmək istədiyi, ziyarətinə can atdığı sirli, müqəddəs bir yerdir. Bu gün Azərbaycan əsgərinin gözlərindəki qələbə ruhunu görmək istəyənlərin, əsgər həyatı, onların məişət şəraiti, komandir-əsgər münasibətləri ilə maraqlananların dəli sevdasıdır. Bəziləri üçün bu həyatı yaxından görmək əfsanə, nağıl... gəlir. Ancaq bəziləri üçün bu həyat müqəddəslik məqamı, əfsanədən, nağıldan uzaq real yaşam tərzidir...davamı




Fransada avtomobil zavoduna Əhmədiyyə Cəbrayılovun adı verilmişdi...

İnsan ömür adlı gözəl, şirin, elə o qədər də acı, çətin bir səfərdədi. Bu səfər zamanı insanın yoluna çıxan əngəllər onu sınaqlarla bərkidir. Dözümlülüyün artırır, daha gərgin vəziyyətdə, daha mürəkkəb şəraitdə çalışmağı öyrədir. Kamil  insan çətin vəziyyətdə belə çıxış yolunu əsəblə, gərginliklə deyil, səbirlə tapa bilər.
İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbrayılov düşdüyü çətinlikləri dözümüylə, özünə və təmsil etdiyi millətə sayğısıyla, səbriylə yumşalda bildi. Həm də Fransada. Azərbaycandan kilometrlərlə uzaqlarda...davamı




“Yeməklər ləzzətli və dadlıdır”

Dövlət müstəqilliyimizin qarantı güclü ordudur. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın güclü və inkişaf etmiş ordularındandır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində ordumuz gündən-günə güclənir. Yeni hərbi hissələr, obyektlər, infrastrukturlar tikilir.
"N" hərbi hissəsində gördüklərimiz deməyə əsas verir ki, müasir Azərbaycan Ordusu  günün tələbləri əsasında qurulub. Hərbi hissəyə daxil olduqda nahar vaxtı idi. Əsgərlər sıra addımları ilə yeməkxanaya daxil olurdular...davamı




Sağlam əsgər - sağlam düşüncə və güclü iradə...

Bu gün ölkəmiz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq, düşmənin təxribatının qarşısını almaq üçün  müasir və qabaqcıl silahlarla komplektləşdirilmiş güclü orduya malikdir. Ordunun gücü onun sıralarında xidmət edənlərin peşəkarlığından asılıdır. Belə ki, hərbçilərimiz bilik və bacarıqlarının artırılması ilə yanaşı, fiziki cəhətdən də güclü, çevik və cəld olmalıdırlar. Bu səbəbdən bölmələrimizdə günün nizam qaydasına uyğun olaraq səhər və axşam fiziki hazırlıq məşğələləri keçirilir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı