Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 51 (2559)

Texnikanın sazlığına və döyüşə hazır vəziyyətdə olmasına xüsusi diqqət yetirilməlidir

Müasir müharibələrin ən təsirli döyüş texnikalarından biri də tanklardır. Vətən müharibəsində də tankçılarımız idarə etdikləri texnikalarla döyüşün gedişatında silinməz izlər qoydu. Onlar düşmənin illərdir yaratdığı mifi yerlə-yeksan etdilər.

Döyüş meydanında qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəlmək üçün tanklar xüsusi qulluq tələb edir...davamı



Böyük Zəfər qazandın, Azərbaycan əsgəri!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:


"Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq"...davamı



“Şəhidlər bulağı”nın açılış mərasimi keçirildi

Hacıqabul rayonundakı şəhid Ayaz Baxşəliyev adına Şorbaçı kənd tam orta məktəbinin həyətində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə ucaldılan "Şəhidlər bulağı"nın açılışı oldu. Mərasimdə yerli icra orqanlarının əməkdaşları, şəhid ailələrinin üzvləri, orta məktəbin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, müharibə əlilləri və veteranlar iştirak etdilər...davamı



“Hərbi xidmət vətəndaşlıq borcumuzdur”

Rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını şərtləndirən amillərdən biri də şəxsi heyətinin bacarığı və nümunəvi xidmətidir. Bu gün ordumuzun sıralarında xidmət edən gənclər vəzifə borclarına məsuliyyətlə yanaşır, ordumuzun adına layiqli əsgər kimi xidmət edirlər...davamı



“Bayrağımızı Konya səmasında dalğalandırmağımla fəxr edirəm”

İstər müharibə, istərsə də sülh dövründə hərbi təlimlərin ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması baxımından önəmi əvəzedilməzdir. Bu gün Azərbaycan Ordusu müxtəlif formatlı təlimlərə üstünlük verməklə döyüş hazırlığını lazımi səviyyədə saxlamağa çalışır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən genişmiqyaslı təlimlərin bəhrəsini Vətən müharibəsində əməli şəkildə gördük. 44 gün davam edən "Dəmir Yumruq" əməliyyatında Azərbaycan Ordusu təlimlərdə əldə etdiyi təcrübəni döyüş meydanında tətbiq edərək düşməni darmadağın etdi. İllərdir həsrətində olduğumuz tarixi və əzəli torpaqlarımız işğaldan azad olundu. Əməliyyatlar zamanı qoşunların qarşılıqlı fəaliyyətinin effektivliyi və idarəolunması bir daha sübut etdi ki, keçirilən intensiv təlimlər günümüzün tələbi, ordu quruculuğunda əhəmiyyət kəsb edən əsas amillərdən biridir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı