Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2020 12:00

"Azərbaycan Ordusu" qəzeti № 47 (2465)

Sən qüdrətli Azərbaycan Ordusunun əsgərisən!

Döyüş əzmi, qələbə ruhu Vətən sevgisindən güc alan, qətiyyətli, cəsarətli, igid Azərbaycan əsgəri! Ulu öndər Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən yüksək səviyyədə inkişaf etdirdiyi qüdrətli Azərbaycan Ordusunun əsgəri!...davamı




“Ali Baş Komandanın döyüş əmrini hər birimiz səbirsizliklə gözləyirik”

Səhərin erkən saatlarıdı. Günəşin zərrin şüaları insana xoş əhval-ruhiyyə aşılasa da, günün isti keçəcəyindən xəbər verir. Nəhayətsiz səmanı öz nuruna qərq edən günəşin şüaları altında "N" hərbi hissəsinə doğru irəliləyirik. Müəyyən məsafə qət edərək nəzərdə tutduğumuz məntəqəyə yaxınlaşdıqca havanın hərarəti daha da artır. "N" hərbi hissəsinə çatdıqdan və zabit Ramazan Orucovla tanış olduqdan sonra onunla birlikdə ön xəttə yola düşürük...davamı



Şəxsi heyətlə ideoloji iş daha da yüksək səviyyədə aparılacaq


Azərbaycan Prezidenti İlham ƏLİYEV:Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır...davamı



Sağlamlıq həmişə diqqətdə saxlanılır


Döyüş hazırlığı kimi, tibb xidməti də həmişə diqqət mərkəzində olur. Sağlamlıq döyüş hazırlığına bilavasitə təsir göstərdiyindən hərbi hissələrdə tibb məntəqələri müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Həmçinin ordu sıralarında xidmət edən həkimlərin təkmilləşdirilməsinə, ixtisas biliklərinin artırılmasına da xüsusi diqqət yetirilir. Bölmələrdə şəxsi heyətin gigiyena qaydalarına ciddi əməl etməsində hərbi həkimlərin, feldşerlərin, sanitar-təlimatçıların rolu böyükdür...davamı



“Əsas silahımız Vətən sevgisidir”


Ön xətdə düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində xidmət edən leytenant Şahlar Rüstəmbəyli Yevlax rayonunda doğulub. O, Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsinin məzunudur. Gənc zabit bildirdi ki, hələ uşaq vaxtlarından hamı onun hərbçi olmaq istəyini bilirdi. Hətta dostları onu "komandir" deyə çağırırdılar...davamı



“Vətəni şərəflə qoruyuruq”


Zabit və gizirlərimizin peşəkarlığı Azərbaycan Ordusunun gələcəyini formalaşdıran əsas amillərdən biridir. Ordu sıralarına qədəm qoyan bir gəncin müqəddəs və şərəfli peşənin vərdişlərinə yiyələnməsində, müasir hərbi texnikanın sirlərinə yaxından bələd olmasında, vətənpərvər bir əsgər kimi formalaşmasında peşəkar zabit və gizirlərimizin rolu danılmazdır...davamı



Əsgərə məktub

Salam, Vətənimizin qüruru - əsgəri! Sən məni bəlkə də heç vaxt tanımayacaqsan. Amma mən sənin qüdrətinə bələdəm, deməli, tanıyıram. Sən Vətənini canından üstün tutursan...davamı



“Təminatımız yüksək səviyyədədir”

Son illər Azərbaycanın ordu quruculuğunda həyata keçirilən islahatlar əsgərlərin sosial həyatında da öz sözünü deyir. Hazırda ordumuzun bütün bölmələrində ən müasir səviyyədə sosial-məişət şəraiti yaradılıb. Şəxsi heyət heç nədən korluq çəkmədən Vətənin müdafiəsində inamla dayanıb...davamı



Sağlamlıq döyüş hazırlığının tərkib hissələrindəndir

Sağlam bədəndə sağlam ruh olar. Sağlamlıq ən böyük nemətlərdən biridir. Hər bir kəs onu qorumağı bacarmalı və öz sağlamlığının qeydinə qalmalıdır. Sağlamlığı qoruyub saxlamağa idman kömək edir. İdman həyat və sağlamlıqdır. Hər kəs kimi gərək ordumuzun əsgərləri də fiziki cəhətdən sağlam, qüvvətli və güclü olsun...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı