Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2020 12:00

Sağlamlıq həmişə diqqətdə saxlanılır

Döyüş hazırlığı kimi, tibb xidməti də həmişə diqqət mərkəzində olur. Sağlamlıq döyüş hazırlığına bilavasitə təsir göstərdiyindən hərbi hissələrdə tibb məntəqələri müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Həmçinin ordu sıralarında xidmət edən həkimlərin təkmilləşdirilməsinə, ixtisas biliklərinin artırılmasına da xüsusi diqqət yetirilir. Bölmələrdə şəxsi heyətin gigiyena qaydalarına ciddi əməl etməsində hərbi həkimlərin, feldşerlərin, sanitar-təlimatçıların rolu böyükdür.
"N" hərbi hissəsinin tibb məntəqəsində gizir Elçin Ələsgərov əsgəri müayinə edirdi. Müayinədən sonra E.Ələsgərovla söhbətləşdik. Vətənin müdafiəçilərinin sağlamlığının hər birimiz üçün önəmli olduğunu deyən gizir bildirdi ki, qarşıda duran əsas vəzifələrdən biri şəxsi heyəti qorumaqdır. "Hər hansı xəstəliyin yayılmaması üçün mütəmadi olaraq profilaktik işlər görülür. Şəxsi heyət hər gün müayinə edilir, narahatçılıq aşkar ediləndə əsgər tibb məntəqəsinə göndərilir. Ehtiyac olarsa, xəstə hərbi hospitala təxliyə edilir. Mövsüm dəyişikliyi və koronavirus pandemiyası məsuliyyətimizi daha da artırıb. Şəxsi heyətin gigiyenasını, geyimini, qidalanmasını ciddi diqqət mərkəzində saxlayır, əsgər yataqxanalarını, yeməkxanasını, xidməti otaqları və ərazini müntəzəm dezinfeksiya edirik. Üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq".
Məntəqəyə müraciət edən əsgər Kənan Osmanlı dedi ki, həkimlər müayinə və müalicə üçün müraciət edənlərə həmişə diqqət  və qayğı ilə yanaşırlar. "Sevinirəm ki, düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində xidmət edirəm. Xidmətim müddətində tibb məntəqəsinə ilk dəfədir müraciət edirəm. Əsgər yoldaşlarımdan burada yaradılan şəraitdən, həkimlərimizin peşəkarlığından çox eşitmişdim. Savadlı və bacarıqlı həkimlərimizin sayəsində tezliklə sağalıb xidmətimi davam etdirəcəm".
Bu tibb məntəqəsində də əsgərlərimizin sağlamlığının qorunması üçün həkimlərimiz bütün imkanlardan istifadə edirlər.


Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"