Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2021 16:30

"Azərbaycan Ordusu" qəzeti № 40 (2548)

Tariximizin ən şanlı, ən parlaq səhifəsi

Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycanda xalqımız azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Bu mübarizə çətin sınaqlarla, tarixin dirənişləri ilə də üzləşib. Gülüstan müqaviləsi ilə ikiyə bölünən Azərbaycanda milli-azadlıq hərəkatı heç zaman səngiməyib. Bu mübarizənin məntiqi nəticəsi olaraq 1918-ci ilin 28 mayında İstiqlal Bəyannaməsi imzalandı, Azərbaycan dövlətçiliyi yenidən tarixin səhifələrinə qayıtdı...davamı

Hərbçilərimiz bizə Qələbə sevinci yaşatdılar

Azərbaycan Ordusunda mühüm yer tutan məsələlərdən biri də şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsidir. Qoşunların hərbi əməliyyatlar zamanı düşmənə üstün gəlməsi üçün lazım olan bilik və vərdişlərin aşılanması döyüş hazırlığının əsasını təşkil edir. Şəxsi heyətin yüksək döyüş hazırlığına malik olması, şübhəsiz ki, qələbəyə təminatdır. Vətən müharibəsində ordumuzun döyüş hazırlığının yüksək səviyyədə olması 44 gün ərzində düşmən ordusunu məhv etməsi ilə nəticələndi...davamı



Valideynlərimin yanına qalib əsgər kimi dönəcəm

Əsgər İxtiyar İdrisov Vətən müharibəsinin iştirakçısıdır. 44 günlük Vətən müharibəsində ilk gündən sonadək vuruşub. Əsgər dostları ilə çiyin-çiyinə verərək Vətən uğrunda döyüşüb. Komandirinin verdiyi döyüş tapşırığını cəsarətlə, hünərlə yerinə yetirib. Qələbə əzmi ilə atıldığı döyüşlərdən qələbə ilə dönüb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə neçə-neçə erməni qəsbkarını məhv edib. Suqovuşanın, eləcə də bir çox strateji əhəmiyyətli yüksəkliklərin yağılardan təmizlənməsində cəsarətlə vuruşub...davamı



“Həsrətlə baxdığımız torpaqlarımızda xidmət edirik”

Ötən il sentyabrın 27-də düşmənin həyata keçirdiyi genişmiqyaslı təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Ali Baş Komandanımızın rəhbərliyi altında başlayan Vətən müharibəsinin ilk günündən etibarən düşmənə ardıcıl, həmçinin dağıdıcı zərbələr endirildi. Peşəkar və yüksək döyüş ruhuna malik olan hərbçilərimiz qorxu bilmədən irəliləyib, erməniləri doğma torpaqlarımızdan qovub çıxartdılar...davamı



Şuşa: Mədəniyyətimizin və Qələbəmizin simvolu

İyirmi səkkiz il qəlbimizdə bir ağrı, bir nisgil yaşadıq. Bu illər ərzində bir an da olsun Qarabağı unutmadıq, onun nə vaxtsa qayıdacağına ümidsiz olmadıq. Həmişə işğal altında olan torpaqlarımızın azadlığını düşündük. Arxada qoyduğumuz illərdə bütün bayramlarda, bütün mərasimlərdə bir arzu, bir diləyimiz oldu; "Gələn il biz bu bayramı işğal altında olan torpaqlarımızda, Şuşada qeyd edək!" Bu kəlmələri deməkdən nə yorulduq, nə də usandıq, əksinə, yurd həsrəti bizi daha mübariz etdi...davamı




Şəhid zabit Qərib Baxşəliyevin 4-cü övladı dünyaya gəlib

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn təcrübəli zabit polkovnik-leytenant Qərib Baxşəliyevin yeni doğulan qız övladının xəstəxanadan çıxarılması məqsədilə mərasim təşkil olunub. Baku Medical Plazada keçirilən mərasimdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin, Yaşat Fondunun, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Vətən uğrunda şəhid olaraq cənnətə yüksələn zabitin yeni doğulmuş qız övladına Cənnət adı verilib. Cənnət şəhidimizdən yadigar qalan 4-cü övladıdır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı