Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2020 10:55

"Azərbaycan Ordusu" qəzeti № 40 (2458)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər" Televiziyasına müsahibə verib...davamı

“Torpaqlarımızı azad edəcəyik”
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində  torpaqlarımızın keşiyində dayanan oğullarımızın sırasından daha birini - baş leytenant Şahin Orucovu tanımaqdan qürur duyuruq. O, Balakən rayonunun Qullar kəndində dünyaya göz açıb. Vətənini canı bahasına qorumağa, eyni zamanda, millətinin, xalqının rifahı və əmin-amanlığı naminə hər şeyə hazır olan Şahin hələ uşaqlıqdan zabit olmaq istəyirdi. Vətənpərvərlik mövzusundan söhbət düşəndə isə həmsöhbətim müəllimi Reyhan Paşayevanı xatırladı...davamı

Əsgərlər Vətən deyir, dövlətçilik deyir, Böyük Qələbə deyir...
Yaydı...

Xatırlaya bilmirik, ötən ilin bu vaxtı havalar necəydi...

İndi istidi, bürküdü...

Bu istinin-bürkünün içindən keçib ön xətdə, əsgərlərimizlə kəlmələşməyə tələsirik. Belə kəlmələşmələrə könül söhbəti deyilir və könül söhbəti könüldən keçənlərin sözlə təsvirinə dönür. Həmin məqama tələsirik...davamı

Naxçıvanın qeyrət qalası - Sədərək
Ermənilərin Sədərəyə, ümumən, Naxçıvana, Azərbaycana torpaq iddiaları 90-cı illərdən başlamır. Bunun tarixi kökləri keçmişə dayanır. Erməni fitnəkarlığı zamanla özünü büruzə verib. 1905-1907, 1918-1920-ci illərin ağır, qanlı-qadalı günləri Sədərəkdən də yan keçməyib. 1918-1920-ci illərdə Sədərək əhalisinin ermənilərə qarşı apardığı mübarizədə Abbasqulubəy Şadlinskinin rəhbərliyi ilə təşkil olunmuş "Qırmızı Tabor"un böyük xidmətləri olub...davamı


Azərbaycan tarixi daha əhatəli öyrəniləcək
Azərbaycan Prezidenti İlham ƏLİYEV: Bizim gənclər bu tarixi bilməlidirlər, qədim tariximizi bilməlidirlər. Bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb, bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər...davamı

Dostluğu yaşatmaq mənəvi zənginlikdir
Yaxşı dost arzulayırsansa, yaxşı dost olmalısan. Dostluq duyğusu, dostluğun cəfakeşi olmaq - dostluğu qorumaq mənəvi zənginlikdi. Yüksək döyüş hazırlığına malik olan Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlığa da malikdir. Deməli, dostun da, dostluğun da qədrini bilir...davamı

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı