Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2020 10:00

"Azərbaycan Ordusu" qəzeti № 35 (2453)

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan  1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir...davamı



Bizi bir amal - Vətən sevgisi birləşdirir

Düşmənlə təmas xəttində, Vətənin keşiyində dayanan əsgərlərimizlə görüşə gedirik.

Zabit Həşim Həşimovla həmsöhbət oluruq. Yolboyu keçdiyimiz ərazilərlə bizi tanış edən zabit, bir vaxtlar bu yerlərin hər qarışı uğrunda gedən Aprel döyüşlərindən, bu döyüşlərdə hərbi qulluqçularımızın göstərdiyi rəşadətdən, yüksək qələbə əzmindən söz açır. Zabit qeyd edir ki, düşmənlə üzbəüz mövqedə xidmət edən əsgərlərimizi görmək hər bir kəsin vətəndaşlıq borcudur...davamı



“Arzum üç zabit atası olmaqdır”

Bir əsrlik tarixi olan Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularındandır. Qüdrəti daha da artan ordumuzun həm güclü maddi bazası, həm də müasir silah və texnikası var. Ordu sıralarında xidmət edən, Vətəni qoruyan mərd oğullarla ictimaiyyət haqlı olaraq qürurlanır. Müqəddəs vəzifələrinin öhdəsindən uğurla gəlir, hərbi sirrə sadiq, Vətəninə bağlı olmağa and içirlər. Hər birinin tək amalı nümunəvi xidmətdir, Ali Baş Komandanın döyüş əmrinə hazır olmaqdır...davamı



Erməniləri ciddi narahat edən əsər - “Zəngəzur”

Oxuduğumuz bəzi əsərlər uzun müddət bizi təsir dairəsində saxladığından həmin hadisələri tez-tez xatırlayır və onu yenidən oxumaq istəyirik. Tərəddüd etmədən "Zəngəzur" romanını da belə əsərlərin sırasına yazardım. Romanı mütaliə etdiyim vaxtdan xeyli zaman keçsə də, onun qəlbimdə oyatdığı təəssüratın alovu sönmək bilmir. Buna səbəb kitabın mövzusu, məzmunu və maraqlı təhkiyəsi idi. Əsər tariximizdəki qanlı hadisələrin izlərini səhifələrində elə qanlı təsvirlərlə də yaşadır...davamı



Vətən sənin Vətənindi, Azərbaycan əsgəri!

Ön xətdə dan yeri erkən sökülür. Səngərlərin yan-yörəsində dan yerinin ağarışdandığını görüncə gecənin qaranlığı öləziyir, titrəyir, əsir və yox olur. Bu, təbiətin möcüzəsi deyil, əsgərin döyüş növbətçiliyinin mahiyyətinin dərkinin, döyüş növbətçiliyinə əminliyin, döyüş növbətçiliyi aparanlara inamın təzahürüdü. Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu təbiətə bu baxımdan hökm edə bilir. Ön xətdə, səngərdə könlümüzü telləndirən yazın ruhumuzun da yazı olması istəyiylə söhbətləşəndə belə demişdim...davamı



“Hərbçilərimizi görəndə qürurlanıram”

Bəzən insanın övladının gələcək taleyini kiçik bir təsadüf həll edir. Elə olur ki, həmin təsadüf zərurətə, insan həyatının mənasına çevrilir. İllərdən bəri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkim işləyən Venera Biktemirovanın da tale yolu bir təsadüf nəticəsində müəyyənləşib...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı