Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2021 11:45

"Azərbaycan Ordusu" qəzeti № 32 (2540)

“Hərbçilərimizin sağlamlığının qayğısına qalmaq borcumuzdur”

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında əks-hücum əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün müddətində illərdir işğalda olan torpaqlarımızı yağı düşməndən azad etdi. Düşmənin mifləşdirdiyi ordusunu darmadağın etdi. Peşəkar hərbçilərimizin qətiyyəti ilə düşmən əsgəri döyüş meydanından qaçmaq məcburiyyətində qaldı. Əməliyyatın ilk günündən etibarən tarixi ərazilərimiz ard-arda azad edildi. Haqq savaşımızda cəsur oğullarımız tarixi ədaləti bərpa etdilər. Xain düşməndən qisasımız alındı. Sinəsini düşmənə sipər edərək, şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın qanı yerdə qalmadı...davamı



Adına və andına sadiq qalan qəhrəman

Vətən müharibəsində düşmən üzərində qazanılan qələbənin sevincini xalqımız hələ uzun illər yaşayacaqdır. Vətənin müdafiəsinə qalxmış oğullar bu ölüm-dirim savaşında canlarından keçdilər. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlərimiz də oldu.

Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanlardan biri də polkovnik-leytenant Elzamin Kamal oğlu Təhməzovdur. Elzamin Təhməzov 26 oktyabr 1979-cu ildə Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Kiçik yaşlarından hərbçi peşəsinə marağı olan Elzamin orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldu, arzusuna çatdı...davamı



Şücaəti ilə seçilən igid

Emil Vaqif oğlu Qurbanov Vətənini canından əziz tutmaqla, İkinci Qarabağ müharibəsində tarix yazan igidlərdən oldu. İndi 1980-ci ildə doğulub boya-başa çatdığı Lənkəran elində adı çəkiləndə hamı qürur hissi keçirir. Emil şəhidlik zirvəsinə ucalanda ömrünün 40-cı ilini yaşayırdı. O, həyatını Vətəninə həsr edib bu işıqlı dünyadan getdi. Odur ki, Azərbaycan  nə qədər var, Emil də ürəklərdə  yaşayacaq...davamı



Vətənpərvər qardaşlar

Əbədi müstəqilliyə qədəm qoyduğumuz ilk dönəmdə həm xalqımız, həm də dövlətçiliyimiz tarixin ciddi sınağı ilə üz-üzə idi. Bir yandan da Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı erməni vandalları Ermənistana birləşdirmək məqsədilə Azərbaycana qarşı elan edilməmiş müharibə aparırdı...davamı



Hücum dan yeri söküləndə başladı...

Şükürbəyli kəndi işğaldan azad edilmişdi.

Orxan Qədirovun rəhbərlik etdiyi bölməni geriyə - Ziya Feyziyevin rəhbərlik etdiyi bölmənin düşməndən təmizlədiyi zastavanın ərazisinə çağırdılar. Vətən müharibəsi başlayandan bəri belə əmrlərin mahiyyətinin döyüş olacağını bilirdilər. Döyüş əzmi ilə, qələbə ruhu ilə zastavaya tələsdilər...davamı



Sarsılmaz dostluğumuz var

“Dostluq qırılmaz zəncirdir” fikri təsadüfi deyilməyib. Səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Əsl dostluq fədakarlıq tələb edir, sınaqlardan çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Hərbi xidmət dövründə yaranan dostluqlar möhkəm və uzunmüddətli olur...davamı



“Fiziki hazırlığımızı daim artırırıq”


Döyüş hazırlığının mühüm və ayrılmaz hissəsindən biri də fiziki hazırlıqdır. Komandanlıq hərbi qulluqçuların fiziki cəhətdən möhkəm olmasını həmişə diqqət mərkəzində saxlayır. Şəxsi heyət hərbi hissəyə gəldiyi ilk gündən sistemli şəkildə səhər və axşam fiziki hazırlıq məşğələlərində iştirak edir, fiziki gücünü artırır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı