Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2020 11:49

"Azərbaycan Ordusu" qəzeti № 32 (2450)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin mayın 28-də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı görüşdə çıxış edib...davamı




İnformasiya təhlükəsizliyi və dövlət maraqları


Dövlətin və millətin mövcudluğu üçün zəruri olan təhlükəsizlik və milli maraqlar bir-birini tamamlayan əsas faktorlardır. Belə ki, təhlükəsizlik mühiti olmadan milli maraqlar, milli maraqlar təmin edilmədən isə təhlükəsizlik şəraiti yaradıla bilməz. Təhlükəsizlik, bu baxımdan informasiya təhlükəsizliyi ölkənin, millətin, xalqın və nəhayət, hər bir vətəndaşın  riayət etməli olduğu yaşam tərzi kimi sabitliyin qarantıdır...davamı




“Vətənimin əsgəriyəm”

Ordu sıralarında xidmət edənlərin döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji vəziyyəti də yüksək səviyyədə olmalıdır. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində ictimai-siyasi hazırlıq dərslərinin böyük əhəmiyyəti vardır. Məşğələlər zamanı Vətənin müdafiəçilərinə milli-mənəvi dəyərlərə sədaqət, dövlətə və dövlətçiliyə ehtiram aşılanır. Həmçinin əsgərlərimizə xalqımızın hərb tarixi, onun azadlığı uğrunda mübarizə aparan, adlarını tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazan oğul və qızlarımızın qəhrəmanlıqları barədə dolğun məlumat çatdırılır...davamı




Sağlam əsgər güclü müdafiəçidir!

Cəbhə bölgəsində düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində olarkən hərbi hissənin tibb məntəqəsinə də baş çəkdik. Burada olan müasir şərait, səliqə-sahman, gigiyena qaydalarının tələblərinə tam əməl olunmasını görmək bizdə xoş hisslər yaratdı. Feldşer baş gizir Mais Ağakərimov söhbət zamanı qeyd etdi ki, onların bir tibb işçisi kimi vəzifə borcu şəxsi heyətin sağlamlığının qeydinə qalmaqdır...davamı




O gün tarixi gün olacaq

Bir bayatımızın bir misrası düşüncələrimdə şahlıq etməkdədi: Gün var min aya dəyər. Yəni,  gün dövlətçiliklə, xalqın taleyiylə bağlıdırsa, yəni, milli-xəlqi ruhun "boyuna biçilmiş" gündürsə, dövlətçilik anlamında tarixin axarını müəyyənləşdirən gündürsə, əlbəttə ki, mahiyyətinə görə min (bu rəqəm şərti deyilib, şərti deyilir) ayın mahiyyətini üstələyir. 1918-ci ilin 28 may günü, 1991-ci ilin 17 noyabr günü belə anılır, belə yaşadılır...davamı




İdman saatlarının səmərəli təşkili

Günün nizam qaydasının ayrılmaz və önəmli hissələrindən olan fiziki hazırlıq məşğələsinin səmərəli təşkilinin "N" hərbi hissəsində də şahidi olduq.  İlk olaraq hərbi hissənin müasir idman şəhərciyi diqqətimizi çəkdi. Müxtəlif idman alətləri ilə təchiz olunan şəhərciyin geniş ərazisini, səliqəli futbol və voleybol meydançalarını izləmək insanda idmana həvəs yaradır. İdman edən əsgərlərin çevik hərəkətlərini izlədikcə zövq alırsan. Hər biri idmançı görkəminə malik, güclü, zirək və cəlddir...davamı




“Hər cür şərait yaradılıb”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində əsgərlər üçün yaradılmış məişət şəraiti ilə tanış olduq. Kapitan Vahid Rzayev ordumuzun sosial-məişət şəraitinin inkşafından söhbət açaraq bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin orduya olan diqqət və qayğısı bütün hərbi hissələrdə öz əksini tapıb. “Təsadüfi deyil ki, ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və texnikası var. Bütün bunlarla yanaşı, hərbçilərin sosial-məişət şəraiti də yüksək səviyyədədir. Xidmətin düzgün aparılması üçün bütün şərait yaradılıb...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı