Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2018 11:15

"Azərbaycan Ordusu" qəzeti 31 oktyabr 2018-ci il №84 (2300)

“Vətən sevgisindən güc alırıq biz!”


Ön xətdə yerləşən "N" hərbi hissəsində Vətənin müdafiəsi uğrunda mübariz, əzmli, qorxmaz və ayıq-sayıq olan, düşmənin bir addımlığında xidmət edən əsgərlərimizin yanındayıq. İlk həmsöhbətim gizir Şəhriyar Əsgərovdur. "Vəzifələrin içərisində ən müqəddəsi Vətəni, torpağı qorumaqdır. Hərbi xidmətin insanın həyatında oynadığı rol çox böyükdür. Konstitusiyamızda da dövlətin mənafeyini qorumaq, nüfuzunun möhkəmlənməsinə xidmət etmək Azərbaycan vətəndaşlarının vəzifəsi kimi aydın göstərilib", - Şəhriyar deyir. Vətən sevgisinin nədən qaynaqlandığını soruşuram...davamı

 

 

 

“Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin”


Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Ali Baş Komandanın  hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən amillər sırasındadır....davamı

 

 

 

“Artilleriyaçı olmaq böyük məsuliyyət tələb edir”


Ölkəmizdə aparılan hərbi islahatlar nəticəsində hərbi təlim, döyüş hazırlığı özünün bütün parametrləri ilə daha çox əhəmiyyət daşımaqla xüsusi diqqət mərkəzində dayanır. Azərbaycan əsgərinin formalaşdırılması, onun bir döyüşçü kimi yetişdirilməsinin ağırlıq mərkəzi məhz döyüş hazırlığının üzərinə düşür. Bu vəzifənin yerinə yetirilməsində Azərbaycan Ordusunun hazırlıqlı kadr heyəti əsas vasitələrdən biri olaraq həlledici rol oynayır. Təcrübələr onu göstərir ki, döyüş səhnəsində hazırlıqlı hərbi qulluqçu daha çox əhəmiyyət daşıyır. Əsgərlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, hərbi qulluqçu kimi Vətənin müdafiəsinə hazırlanmasında təlimlər, keçirilən məşqlər, döyüş hazırlığı dərsləri xüsusi rol oynayır...davamı

 

 

 

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Hərbi xidmət əleyhinə olan cinayətlər. Hərbi qulluqçuların hüquqi məsuliyyəti.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu məşğələyə hazırlaşarkən Azərbaycan Respublikası Konstitusiyasının, hərbi qanunvericilik aktlarının, Hərbi andın və hərbi nizamnamələrin tələblərini diqqətlə öyrənmək və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur...davamı

 

 

 

Ədəbiyyat da müsəlləh əsgərdir


Ədəbiyyat həmişə cəmiyyətin düşüncələrinin, düşüncələr sisteminin idarəçisi olub. İstər milli-mənəvi dəyərlərin formalaşmasında, istərsə də dövlətlə, dövlətçiliklə bağlı məsələlərə münasibətdə ədəbiyyat əhəmiyyətli rol oynayır, şifahi xalq ədəbiyyatımızdan günümüzün ədəbiyyatına kimi bu funksiya böyük istəklərlə, amalla yerinə yetirilib....davamı

 

 

 

“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi keçirildi


Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Hərbi Hava Qüvvələrinin  "N" hərbi hissəsində növbəti auditoriya təlimi keçirildi. Tədbirdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqəlar İdarəsinin zabiti Əfqan Əliyev iştirakçıları salamlayaraq, düşmənlə təmas xəttində baş verən hadisələrin ictimaiyyətə ilk mənbədən, dolğun və dəqiq çatdırmağın əhəmiyyətindən söz açdı. Zabit əvvəllər yaranmış problemlərə yol verməmək üçün jurnalistlərin hərbi biliklərinin artırılması və hərbi qulluqçuların KİV-lərlə işləməsi ilə bağlı təlimat hazırlandığını bildirdi...davamı

 

 

 

“Vətənə sədaqətlə xidmət edəcəyik”


Naxçıvanda ilk hərbi təhsil müəssisəsi olaraq 1998-ci ildən filial kimi fəaliyyətə başlayan Heydər Əliyev adına Hərbi Lisey ötən dövr ərzində ordu quruculuğuna öz layiqli töhfələrini verib. Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək və ordunun  peşəkar  kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamından sonra təhsil müəssisəsi müstəqil Hərbi lisey kimi fəaliyyətini daha da genişləndirib. Müasir tədris imkanlarına malik olan Hərbi liseyin  kollektivi yaradılan imkanlardan maksimum faydalanaraq peşəkar zabit kadrların formalaşması istiqamətində səylərini əsirgəmir. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan təhsil müəssisəsinin ötən dövr ərzində qazandığı nailiyyətlər də az deyil...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı