Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2018 10:35

Ədəbiyyat da müsəlləh əsgərdir

Ədəbiyyat həmişə cəmiyyətin düşüncələrinin, düşüncələr sisteminin idarəçisi olub. İstər milli-mənəvi dəyərlərin formalaşmasında, istərsə də dövlətlə, dövlətçiliklə bağlı məsələlərə münasibətdə ədəbiyyat əhəmiyyətli rol oynayır, şifahi xalq ədəbiyyatımızdan günümüzün ədəbiyyatına kimi bu funksiya böyük istəklərlə, amalla yerinə yetirilib.

Ötən il Müdafiə Nazirliyi ilə Yazıçılar Birliyi müştərək memorandum imzaladı. Birgə tədbirlər planı təsdiq edildi. Bu plan müəyyən mənada, ordu-ictimaiyyət münasibətləri baxımından müstəsna əhəmiyyətə malik təşəbbüs kimi dəyərlidir, müharibə şəraitində ədəbiyyatımız da xalq şairi Səməd Vurğunun dediyi kimi, müsəlləh əsgər oldu. Memorandum imzalananda Müdafiə naziri general-polkovnik Zakir Həsənov məhz o amilə xüsusi diqqət yetirilməsini tövsiyə etmişdir...

Ədəbiyyat əsgərin mənəvi-psixoloji hazırlığında olduqca əhəmiyyətlidir. Yazıçılar Birliyi ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində bilavasitə iştirak edir. Birliyin sədri, xalq yazıçısı Anar bu iştirakı ədəbiyyatımızın başlıca vəzifəsi olduğunu qeyd etmişdi...

2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. Ordumuzun 100 illiyi də, Bakının azad edilməsinin 100 illiyi də, paradlar da daxil olmaqla möhtəşəm qeyd edildi. İctimaiyyət bu paradları torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük inam kimi izlədi; 2018-ci il Azərbaycan Ordusunun ilidi. Yazıçılar Birliyi bu tarixi hadisəni də tarixləşdirmək istəyir - 100 illik yubileyə həsr olunmuş kitab nəşr olunacaq; tarix - ədəbiyyat üçün ədəbi materialdır, kitabdır, kitablardır, kitablar tarixdir.

Azərbaycan Ordusu 2016-cı ilin aprelində möhtəşəm qələbə qazandı. Bu qələbə çağdaş ədəbiyyatımıza da, jurnalistikamıza da təsir göstərdi, gərəkli əsərlər yazdı. Eləcə də Günnüt zəfəri. Yazılanlar da, yazılacaqlar da Azərbaycan Ordusunun qüdrətinin, ədəbi dəyərinin ifadəsidir. Yazıçılar Birliyinin nəşr etdirəcəyi kitab da bu prosesin tərkib hissəsidir. Şübhəsiz, həm qələbənin tarixləşdirilməsi, həm də ordunun yubileyinə ehtiram baxımından diqqəti çəkir. Kitaba 16 müəllifdən götürülən müsahibələr daxil ediləcək...

Hər məqalə bu və ya digər hadisəyə bir münasibətdir.  Hadisə dövlətçiliklə bağlıdırsa, münasibət bildirən cəmiyyətdə, müəyyən mənada, söz sahibidirsə, belə məqalələrin ictimai dəyəri danılmazdır. Yazıçıların, elm adamlarının ordu ilə bağlı fikirlərini əks etdirəcək kitab da belə məqalələr kitabıdır. Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, bu kitab sözün orduya ehtiramı kimi tərtib edilib, belə oxunacaqdır.

Azərbaycan Yazıçılar Birliyində kitabın nəşrə hazırlanması ilə əlaqədar Birliyin Ağsaqqallar Şurasının işçi qrupunun toplantısı keçirildi. Kitabın nəşri ilə bağlı bu və ya digər məsələlər müzakirə edildi. Xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca, Birliyin sədrinin köməkçisi Rauf Aslanov, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Emin Səfərov iştirak etdilər.

 

"Azərbaycan Ordusu"