Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2018 10:10

"Azərbaycan Ordusu" qəzeti 28 noyabr 2018-ci il №92 (2308)

Səngərdən Qələbəyə gedən yol da Vətəndi!

"Anadır hər kişiyə öz Vətəni", - Abbas Səhət belə deyib. Xalqın güvəndiyi əsgər də, ordunun arxalandığı xalq da belə deyir... Dövlət sərhədləri milli ruh, xəlqi ruh olmayan torpağa necə Vətən deyəsən? "Vətən üçün yaşayaraq illəri, budaqlardan qopardarıq yelləri, axarından çıxardarıq selləri!", - deyən əsgərlərimiz bu ruhu bütün çalarlarıyla yaşadır...davamı



İntizam xidmətdə başlıca şərtdir

Noyabrın 23-də Azərbaycan Respublikası Hərbi Prokurorunun və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumun Prezidentinin birgə təsdiq etdiyi planına uyğun olaraq, Qazax Hərbi Prokurorluğunun cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsinin təşkilatçılığı ilə əsgərlərin milli düşüncəsi və milli təfəkkürünün formalaşması, hərbi intizamın möhkəmləndirilməsi məqsədi ilə tədbir keçirildi...davamı



22 yaş və əbədiyyət

Müharibədə əsgər qəhrəman olmaq üçün döyüşmür. Onu qəhrəman edən Vətən sevgisidi. Bu, amalın, əqidənin dövlətə, dövlətçiliyə sədaqətin təzahürüdü. 2016-cı ilin aprel döyüşlərindən neçə il əvvəl Mübariz İbrahimovun qəhrəmanlığı dünyanı heyrətə gətirdi. Düşmən gördü ki, Azərbaycan əsgəri Vətən naminə şəhid olmağı bacarır, işğal olunmuş torpaqlarını azad etmək üçün Mübarizləşəcək...davamı




MOİK idmançıları Azərbaycanın dünya çempionatının qalibi olmasında pay sahibi olublar


"Sərhədçi" İdman Olimpiya Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı keçirilib. Bütün yaş qrupları üzrə 18 ölkədən - Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistandan 500-dək idmançının qüvvəsini sınadığı yarışlarda aypara, batur, caymaz və qurşaq sistemləri üzrə ən güclü atletlər müəyyənləşib...davamı

 



Voleybol üzrə ordu birinciliyi keçirildi

Müdafiə nazirinin 2018-ci il üçün təsdiq etdiyi plana əsasən, 19-24 noyabr tarixlərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman zalında voleybol üzrə ordu birinciliyi start götürdü. Yarışda hərbi birləşmələri, qoşun növü və qismlərini, xüsusi təyinatlı hərbi təhsil müəssisələrini təmsil edən idmançılardan ibarət 15 komanda iştirak edirdi. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi...davamı






"Azərbaycan Ordusu" qəzetinin tam variantı