Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2018 09:49

MOİK idmançıları Azərbaycanın dünya çempionatının qalibi olmasında pay sahibi olublar


"Sərhədçi" İdman Olimpiya Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı keçirilib. Bütün yaş qrupları üzrə 18 ölkədən - Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistandan 500-dək idmançının qüvvəsini sınadığı yarışlarda aypara, batur, caymaz və qurşaq sistemləri üzrə ən güclü atletlər müəyyənləşib.
Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları üçüncü yerə layiq görülüblər.
Sevindirici haldır ki, Azərbaycanın dünya çempionu olmasında MOİK idmançıları da pay sahibi olub. Belə ki, əsasən aypara sistemi üzrə yarışlara qatılan təmsilçilərimiz toplamda 15 medal qazanıblar.
Nurlan Əliyev, Heydər Abbasov və Abbas Dünyamalıyev qızıl, Sənan Bədəlov, Turan Abdullayev, Hüseyn İsmayılov gümüş, Elşad Məmmədov, Rasim Mehdiyev, Oğuz Ağayev, Ramiz Abbasov, Əli Tağızadə, Uğur Abbasov, Murad Bədəlov, Məhəmməd Əliyev və Münəvvər İdrisova isə bürünc medal əldə ediblər.

Elvin YAQUBOV