Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2020 12:09

"Azərbaycan Ordusu" qəzeti № 24 (2442)

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər...davamı




Aprel zəfəri - əsgərlərimizin hünəri

2016-cı ilin uğurlu Aprel döyüşlərindən bizi dörd illik zaman məsafəsi ayırır. Tariximizə qızıl hərflərlə yazılan uğurlu Aprel döyüşləri hər birimizi ürəkdən fərəhləndirdi, ordumuzun döyüş hazırlığının yüksək olduğunu bir daha dünyaya göstərdi.
Həmin günlər bütün dünyanın diqqəti bu döyüşlərə yönəlmişdi. Aprel döyüşlərinin uğurla başa çatması ordumuzun gücünün, qüdrətinin göstəricisidir...davamı




Əsgər anası Zülfiyə Quliyeva: Tezliklə əsgər övladlarımıza qovuşmağın sevincini yaşayacağıq

Övladı Azərbaycan Ordusunun hərbi hissələrindən birində xidmət edən əsgər anası son vaxtlar koronavirus pandemiyasının dünyada yayılması ilə bağlı baş verənlər və bununla əlaqədar hərbi xidmətə çağırışın, eləcə də xidmətini başa vurmuş əsgərlərin ehtiyata buraxılması vaxtının uzadılması ilə bağlı Müdafiə Nazirliyinə məktub ünvanlayıb...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
Mövzu: Azərbaycan xanlıqları. Rus İmperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay müqavilələri.
Suallar:

1. Azərbaycan xanlıqları.

2. Rus İmperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay müqavilələri...davamı




“Hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır”

1973-cü ildə Qərbi Azərbaycanda dünyaya göz açmışam. 1988-ci ildə erməni quldurları minlərlə azərbaycanlı kimi bizi də doğma ocaqlarımızdan vəhşicəsinə qovdular. Evlərimizi yandırıb darmadağın etdilər. Daşnaklar neçə-neçə azərbaycanlını amansızcasına öldürdülər. Böyük çətinlik və əzab-əziyyətlə Bakı şəhərinə gəlib çıxdıq. Gənclik illərim əzablar içində keçdi. Orta məktəbi bitirdikdən sonra 2 nömrəli tibb texnikumuna qəbul oldum. 1997-ci ildən bu tibb ocağını uğurla başa vurduqdan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında tibb bacısı kimi fəaliyyətə başladım...davamı




Biz birlikdə güclüyük!

Hörmətli redaksiya, qəzetinizin 1 aprel tarixli sayında dərc edilmiş "Biz Vətənə xidmət edirik, siz də Vətən üçün evdə qalın" məqaləsini maraqla, əsgər Tacir Cəfərovun fikirlərini vətəndaşlıq borcunun təzahürü kimi oxuduq. Bu fikirlər hər birimizin düşüncələrini ifadə edir. Belə gərgin, həyəcanlı bir vaxtda hərbi borcunu yerinə yetirən əsgər həm də dünyanı bürüyən epidemiya ilə mübarizə haqqında da düşünür...davamı


"Azərbaycan Ordusu" qəzetinin tam variantı