Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2021 10:28

"Azərbaycan Ordusu" qəzeti № 20 (2528)

Hədəfləri dəqiq və vaxtında vuran artilleriyaçılar...

Bir qış səhəri yollar bizi "N" hərbi hissəsinə aparır. Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümayiş etdirən hərbi qulluqçularla görüşmək istəyi bizə xoş ovqat bəxş edir.

Hərbi hissənin ərazisinə daxil olanda şəxsi heyət geniş meydanda təlim keçir, təcrübə və səriştəsini artırırdı. Zabitlərin hündür səslə verdiyi müxtəlif komandalar uzaqdan aydın eşidilirdi. Komandirlərin səsində bir qələbə, bir zəfər ab-havası hiss olunurdu. Vətən müharibəsindən ürəkaçan zəfərlərlə dönən zabit və əsgərlər təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq məşğələlər keçir, səriştələrini artırırdılar. Məqsədləri gələcək xidmətlərində daha da böyük uğurlar qazanmaqdır. O uğurlar ki, bütün ömürləri boyu həmişə onlara başucalığı gətirəcək...davamı


“Biz öz torpaqlarımız uğrunda döyüşürdük”

2020-ci il xalqımızın yaddaşında zəfər ili kimi həkk olundu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Böyük Qələbəsi ili kimi tarixə düşdü. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, düşmən üzərində parlaq qələbəsi əsrlər sonra belə xatırlanacaq. Ordumuz bu tarixi zəfəri ilə istər döyüş, istər silah-sursat və texnika, istərsə də mənəvi-psixoloji hazırlıq cəhətdən düşməndən qat-qat üstün olduğunu bir daha göstərdi. Qəhrəman hərbçilərimizin şücaəti, mübarizliyi, canı bahasına dədə-baba torpaqlarımız erməni işğalçılarından azad edildi. Xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu, ərazi bütövlüyümüz təmin olundu...davamı



Yanğının düzgün qiymətləndirilməsi ziyanın azaldılmasına xidmət edir


Yanğın və partlayış həyat və tikililər üçün hər zaman böyük təhlükə yaradır. Belə hallarda  yanma nəzəriyyəsi və yanğının yayılma üsulları düzgün qiymətləndirilərsə ziyan azaldıla  bilər. Azərbaycan Ordusunda yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın təhlükəsizliyinə dair normativ hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır...davamı



Erməni kini sonsuzdur


Ermənilərin türk nifrəti heç bir cümləyə sığmır. Bu kinin qədəri artıq dəlillərlə, faktlarla ölçülür. Bizim ən böyük savaşlarımız torpaq uğrunda olub. Türklər öz torpaqlarında amansızlıqla qətlə yetirilmiş, xainlər tərəfindən həm mənən, həm də, sözün həqiqi mənasında, oyuna gətirilmişdir...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu:  Azərbaycan xanlıqlar dövründə.

Suallar:

1. Azərbaycan xanlıqlarının yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycan xanlıqları...davamı



Əsrə bərabər gün və yaxud 44 günün fəlsəfəsi


Vətən müharibəsi müharibənin nə olduğunu dərk edənlərin hamısını əsgərləşdirdi. Ordumuz ruhumuzun ordusudu - Vətən müharibəsində düşmənlə min illərin xeyir-duasıyla xalqın ruhu döyüşürdü...

Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə Əli ilə Bəxtiyar öldürüləndən - 1988-ci il fevralın 21-dən  başlamışdı. Ermənistan havadarlarının siyasi dəstəyiylə, onların ordusunun fəal iştirakıyla torpaqlarımızın 20 faizini işğal etdi. Ağdaban (11 iyul 1989), Qazax (24 mart 1990), Meşəli (3 iyul 1991), Qaradağlı (17 fevral 1992), Xocalı (26 fevral 1992) faciələri. Qazax rayonunun 7 kəndinin, ruhumuzun şəhəri olan Şuşanın işğalı, sonra Kəlbəcərin, Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın, Zəngilanın işğalı...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı