Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2021 10:28

Erməni kini sonsuzdur

Ermənilərin türk nifrəti heç bir cümləyə sığmır. Bu kinin qədəri artıq dəlillərlə, faktlarla ölçülür. Bizim ən böyük savaşlarımız torpaq uğrunda olub. Türklər öz torpaqlarında amansızlıqla qətlə yetirilmiş, xainlər tərəfindən həm mənən, həm də, sözün həqiqi mənasında, oyuna gətirilmişdir.
İndiki vəziyyətdə nə qədər gülünc səslənsə də, Osmanlı imperiyası dövründə onları digər millətlərdən fərqləndirib Milləti-Sadiq-ə adlandırıblar. Sultan Fateh İstanbulu fəth etdikdə yunanlara və ermənilərə çox sayda azadlıqlar vermişdi. Sulumonastr kilsəsini ermənilərə verdikdən sonra İstanbul Erməni Patriarxlığını qurdu. Anlaşıldığı kimi ermənilər də yunanlar kimi din seçimlərində azad idilər.
Zaman keçdikcə erməni xalqı türklərin içərisində qaynayıb-qarışmağa başladılar. Onlara Osmanlı hakimiyyəti tərəfindən bir çox güzəştlər edilmişdi. Məsələn: əsgərlikdən azad idilər, problemlərini özləri həll edirdilər. Vaxt keçdikcə həyat tərzlərini türklərə yaxınlaşdırdılar. Yüksək elita yalnız türk dilində danışmağı üstün tuturdu. Hətta kilsələrdə belə "İncil" türkcə oxunurdu. Buna görə də qeyri-xristianlar onları "xristian türkləri" adlandırırdılar. Türklərlə bu qədər yaxın olmaları erməni xalqına hər qapını açdı. Artıq XIX əsrdə Osmanlı dövlətində 29 erməni xidmətlərinə görə ən yüksək rütbə olan paşa rütbəsinə yüksəlir.
Bu qədər yaxşılıq qarşısında onlara öz vətəndaşı kimi davranan dövlətə xain çıxmaq soylarının zəifliyindən xəbər verir. Tarixi mənbələrlə maraqlandıqda da aydın görə bilərik ki, onlara yaxşı davranan tək millət türklər olub. Ancaq bəzi avropalı imperialist dövlətlər ermənilərdən öz çirkin əməlləri üçün əlaltı kimi istifadə etməyə başladılar. Onlara verilən vəd isə haqları olmayan "böyük Ermənistan" dövlətini qurmaq iddiası idi. Bu səbəbdən Osmanlı imperiyasının dağılmasında erməni millətinin rolu böyük olub.
Əsrlərlə qardaş deyərək bir torpaqda yaşadıqları insanları xaincəsinə o torpağın altına göndərməyə çalışdılar. Artıq yeni nəsillərə türk nifrəti aşılanırdı. Türk qanına əli bulaşmayan "kişi" hesab edilmirdi. Qədim zamanlardan biz türklər "kişi" adını qazanmaq üçün döyüş meydanlarında fərqlənmişik, ov ovlamışıq, hünər göstərmişik. Ancaq erməni kimi qatil millət olmamışıq.
Olanların tək bir adı var - "Terror". Erməni yazıçısı Zori Balayan "ruhumuzun canlanması" kitabında Xocalı soyqırımını təsdiq etmişdir. “Yalnız cani öz cinayətinə haqq qazandıra bilər. Divara mismarlanmış uşağın dərisini soyub yeddi dəqiqə boyunca can verməsini izləməyin heç bir adı yoxdur. Bu hərəkət insanlıqdan uzaq və yaddır. Bu hərəkət iyrənclikdir”.
Dünyaya "Erməni soyqırımı"nın uydurma, yalan olduğu məlumdur. Ermənilər hər zaman hadisələri öz mənafelərinə uyğun şəkildə planlamağı gözə alan millətdir. Birinci Dünya müharibəsi vaxtı Osmanlı İngiltərə, Fransa, Rusiya ilə mübarizə aparırdı. Bunu fürsət bilən ermənilər Rusiya ilə birləşib türklərə qarşı terror aktları həyata keçirməyə başladılar. Osmanlı imperiyası da erməniləri sərhəd bölgələrinə köçürərək öz təhlükəsizliyini sığortalamağa çalışdı. Bu köçdən əvvəl isə Osmanlıda rəsmi sənədlərə görə 1 milyon 229 min, erməni patriarxlarına görə isə 1 milyon 18 min insan yaşayırdı. Ancaq qondarma "erməni soyqırımı"nda isə öldürülən əhalinin sayının 1.5 milyon olduğu iddia edilir. Bu iddialar isə, əlbəttə ki, heç bir fakta uyğun deyil.

Hüsniyyə İDRİSOVA, BSU-nun IV kurs tələbəsi