Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2021 13:29

"Azərbaycan Ordusu" qəzeti № 18 (2526)

Daha güclü, daha qüdrətli olmaq üçün...

Soyuq bir qış günündə "N" hərbi hissəsində təlim keçib hazırlığını artıran tankçılarla görüşüb söhbət etdik. Vətən müharibəsindən zəfərlə çıxan hərbçiləri yüksək ovqatda gördük.
Mayor Ziya Novruzov söhbətə Vətən müharibəsində qazandıqları uğurlardan başlayaraq dedi ki, hərbi hissənin şəxsi heyəti torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərdi. "Vətən müharibəsinin ilk günündən zabit və əsgərlərimiz əks-hücum əməliyyatlarına atıldılar. Tankçılarımız Talış, Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə erməni qəsbkarlarına sarsıdıcı zərbələr vurdular...davamı



Qadın cəmiyyətin əsas dayaqlarından biridir

Azərbaycan qadını hər zaman  layiq olduğu şərəfli, müqəddəs ana adını  uca tutmaqla müdrikliyi, ictimai-siyasi, mədəni həyatda fəallığı, işgüzarlığı, fədakarlığı və mübarizliyi ilə tarixi keçmişimizə ən parlaq səhifələr yazıb. Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi də ən böyük tarixi hadisədir. Azərbaycan qadını görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadim adını qazanaraq, dövlətçilik tariximizdə mühüm rol oynayıb...davamı



Vətən sevdalısı Allahyar

1992-ci ilin bir yay günündə Şərur rayonunun Yengicə kəndində bir oğlan uşağı dünyaya göz açır. Ona Allahyar ismi verilir. Allahyar dünyaya gələndə Qarabağ işğalda idi. Vətən, torpaq, işğal sözlərinin mahiyyətini anlamasa da, bir müddət hərbi şəhərcikdə yaşadıqları üçün gördüklərini mənimsəməyə, sevməyə başlayır. Hərbi formanı əyninə yaraşdırıb hərbçilərlə şəkil çəkdirir. Lakin o bilmirdi ki, gün gələcək, hərbi formanı qürurla daşıyanlardan biri kimi milli orduda xidmət edəcək, işğal altında olan torpaqlardan düşmənin murdar ayağını kəsənlərdən olacaqdı...davamı



“Tarixi zəfərdə pay sahibi olduğum üçün qürurluyam”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində daim qürurla xatırlayacağımız qələbə qazandıq. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu. Bu haqq savaşında ordumuzun zabit, gizir, əsgərləri yüksək döyüş hazırlığı və cəsarət nümayiş etdirdilər...davamı



“Asudə vaxtlarımızı səmərəli keçiririk”

Rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığı ilə yanaşı, asudə vaxtının səmərəli təşkili üçün də yuxarı komandanlıq tərəfindən hərtərəfli şərait yaradılıb. "N" hərbi hissəsində bunun əyani şahidi olduq. Həmsöhbətimiz hərbi hissənin zabiti Çingiz Mahmudov əsgərlərin mənəvi-psixoloji hazırlığında asudə vaxtın səmərəli keçirilməsinin mühüm vasitə olduğunu bildirdi. "Əsgərlərimiz asudə vaxtlarında Milli qəhrəmanlarımızın həyat və döyüş yolundan bəhs edən filmləri izləyir, qəzet və kitablar oxuyur, televiziya verilişlərini izləyirlər...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı