Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2019 10:29

"Azərbaycan Ordusu" qəzeti 15 may 2019-cu il №37 (2354)

Respublika Veteranlar Təşkilatında faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd edildi

Respublika Veteranlar Təşkilatında faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının nümayəndələri, veteranlar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Seçenov adına Tibb Universitetinin Bakı filialının tələbələri, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər...davamı








“Veteranlar bizim qızıl fondumuzdur”

Qələbə günündən 74 il keçir. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatdı. Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Cəbhədə 600 mindən çox azərbaycanlı iştirak edib, təxminən yarısı geri qayıtmayıb. Müharibədə göstərdiyi igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Böyük Vətən müharibəsi illərinin ağrı-acılarını xalqımız döyüşən orduda da, arxa cəbhədə də çəkib...davamı








“Atalarımıza layiq olaq” bilik yarışmasının final mərhələsi keçirildi

Mayın 10-da Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzində Bakı qarnizonu hərbi hissələri arasında keçirilən hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunun formalaşdırılması və intellektual səviyyənin inkişafı məqsədi ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Atalarımıza layiq olaq" adlı bilik yarışmasının  final mərhələsi keçirildi...davamı








Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş mini-futbol turniri başa çatdı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi plana əsasən, mayın 10-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş mini-futbol turnirinin bağlanış mərasimi keçirildi.
Tədbirdə Hərbi Akademiyanın rəhbərliyi və müəllim heyəti, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Gəray Bağırov, ehtiyatda olan general-mayor Altay Mehdiyev, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının vitse-prezidenti, ehtiyatda olan polkovnik Rahib Əliyev, Federasiyanın baş katibi, Beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov, bir sıra fəxri qonaqlar, beynəlxalq və respublika dərəcəli hakimlər iştirak edirdilər...davamı








May ovqatı

Əziz dost, zaman qəribə və qiymətli məfhum deyilmi? Zaman elə bir məfhumdur ki, açıqlanması, aydınlıq gətirilməsi  çətindir. Zaman həyatın, yaşamın, bəşəriyyətin əvvəldən sonadək simasındadır. Bizim dünənimizlə bu günümüzü birləşdirən "Cəngi", "Heyratı", "Yallı"... kimi əsərlər qəlbimizi qürurla, sevinclə, mərdliklə silələyir. Bu musiqi əsərləri könlümüzün min bir telini titrədir...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı