Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Yanvar 2019 10:00

"Azərbaycan Ordusu" qəzeti 12 yanvar 2019-cu il №3 (2320)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Bizi müşayiət edən mayor Eşqin Dadaşov bildirir ki, bu gün Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması başlıca vəzifələrdən biridir. "Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir vaxtda bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir...davamı








Azərbaycan-Çin əlaqələrində yeni mərhələ

Çin Xalq Respublikası son 20 ildə iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini özünə cəlb etməkdədir. Aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində davamlı inkişafa nail olunub. Dərin keçmişə və çoxəsrlik tarixə malik olan Çində bütün sahələrdə özünəməxsus adət-ənənələr formalaşıb. Çin xalqı tarixdə çox çətinliklə üzləşib və sərt sınaqlardan keçib. Demək olar ki, sürətli inkişafın əsas səbəblərindən  biri də Çin hökumətinin tarixdə üzləşdiyi çətinliklərdən düzgün nəticə çıxarmasıdır...davamı








20 Yanvar - tariximizin qəhrəmanlıq səhifəsi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə... Xalqımızın tarixinə qanla yazılmış bir səhifə. Bu səhifəni təkcə faciə adlandırmaq olmaz. Bu, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Qanlı Yanvar faciəsindən artıq 29 il keçir...davamı








Vətənin keşiyində

İnsan ən ali varlıqdır. Səbri, gücü, iradəsi, ağlı, sevgisi onu fərqləndirir. İnsanın Vətənə sevgisi ən ülvi sevgi hesab edilir. Bu sevgi heç bir sərhəd, əngəl tanımır. Çöldə soyuq, şaxta var. Hər birimiz evdə, öz ailə üzvlərimiz ilə qarşılıqlı əyləşib hansısa mövzunu müzakirə edirik. Bizim üçün zaman davam edir. Bəs zamanları donanlar kimdir? - şəhidlərdir. Əslində, onların da  zamanı donmur. Onları biz yaşadırıq. Bu insanlar olmasaydı biz də olmazdıq...davamı








“Ağ ölüm”ə qarşı mübarizə

İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və s. bu amillərin sırasındadır. Son vaxtlar sadalananların sırasına “ağ ölüm” adlandırdığımız narkomaniya da əlavə olunub. Narkomaniya insanları tədricən məhv edir, ölümə sürükləyir...davamı








Asudə vaxtın səmərəliliyi vacib şərtdir

Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində zabit Malik Məmmədov əsgərlərin gündəlik fəaliyyəti ilə bizi tanış etdi. Onunla birgə əsgər yataqxanasına daxil olduq. Ətrafda sakitlikdir, hamı verilən tarşırıqla məşğuldur. Buradakı səliqə-sahman, təmizlik və şəxsi heyətin nizam-intizamı xidmətin düzgün təşkilini göstərir. Zabit hazırda şəxsi heyətin asudə vaxtının olduğunu bildirdi. "Şəxsi heyətin asudə vaxtının düzgün təşkili də komandirlər qarşısında duran mühüm vəzifələrdən biridir.  Hər bir komandir çalışır ki, əsgərləri yüksək döyüş ruhunda, heç bir çətinlik çəkmədən uğurlu xidmət etsin...davamı








Qəhrəman həm də şair idi

Yüksək bədii dəyərə malik olan hər şeir oxucunun dünyagörüşünün formalaşmasında, xalqın yaxın-uzaq tarixi keçmişinin poetik şəkildə yaşadılmasında, Vətən gözəlliklərini sevməkdə və sevdirməkdə etibarlı ədəbi vasitələrdəndir.
Xalq öz qəhrəmanlarını sevir, onun dediklərini də, yazdıqlarını da böyük sevgilərlə yaşadır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı