Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Yanvar 2019 09:36

Asudə vaxtın səmərəliliyi vacib şərtdir

Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində zabit Malik Məmmədov əsgərlərin gündəlik fəaliyyəti ilə bizi tanış etdi. Onunla birgə əsgər yataqxanasına daxil olduq. Ətrafda sakitlikdir, hamı verilən tarşırıqla məşğuldur. Buradakı səliqə-sahman, təmizlik və şəxsi heyətin nizam-intizamı xidmətin düzgün təşkilini göstərir. Zabit hazırda şəxsi heyətin asudə vaxtının olduğunu bildirdi. "Şəxsi heyətin asudə vaxtının düzgün təşkili də komandirlər qarşısında duran mühüm vəzifələrdən biridir.  Hər bir komandir çalışır ki, əsgərləri yüksək döyüş ruhunda, heç bir çətinlik çəkmədən uğurlu xidmət etsin. Bunun üçün də komandir heyəti tələbkarlıqla yanaşı, həm əsgərlərinə daim diqqət və qayğı göstərir, həm də şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədi ilə istirahətlərinin təşkil olunması istiqamətində işlər görür. Ümumiyyətlə, asudə vaxt şəxsi heyətin hərtərəfli inkişafı üçün  ən gözəl vasitədir. Bu vaxtın mənalı keçirilməsi əsgərin mənəvi-rsixoloyi durumuna müsbət təsir edən əsas amillərdəndir. Ona görə də asudə vaxtın səmərəli təşkili, həmçinin əsgərlərin mənəvi və estetik mədəniyyətinin yüksəldilməsində mühüm rol oynayır. Asudə vaxt zamanı şəxsi heyət qəzet və yurnallardan da yararlanaraq hərbi biliklərini, dünya görüşlərini artırır. Həmçinin tariximizdən, qəhrəmanlarımızdan bəhs edən filmləri və Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasının hazırladığı qısametraylı videoları izləyirlər".
İdeoloyi otağa daxil oluruq. Əsgərlər baş leytenant Sənan Həsənlinin nəzarəti altında dama, şahmat oynayır, "Azərbaycan Ordusu" qəzetindən məqalələr oxuyurlar. 
Şəxsi heyətin bütün fəaliyyətləri kimi, asudə vaxtlarının səmərəli təşkilinin də diqqət mərkəzində saxlanıldığının şahidi oluruq. Böyük maraqla "Azərbaycan Ordusu" qəzetini oxuyan əsgər Bəhruz Sarızadə ilə salamlaşıram. Hərbi xidmətə Üardımlı rayonundan çağırılan əsgər döyüş rostlarından birindən yazılan rerortayı oxuduğunu dedi.
- Asudə vaxtlarımda ən sevdiyim məşğuliyyətlərdən biri də qəzet oxumaqdır. Qəzetin hər sayını səbirsizliklə gözləyirəm. Həm silahdaşlarımız haqqında yazılan məqalələri oxuyuram, həm də idman arenasında baş verən hadisələrdən məlumat alıram. Silahlar və texnikalar haqqında olan yazılar da marağımı çəkir. Bir sözlə, həm dünya görüşümü artırıram, həm də digər bölmələrdə xidmət edən yoldaşlarımızı tanıyıram. Gördüyünüz kimi, bölməmizdə xidmətimizi layiqincə yerinə yetirmək üçün hər cür şərait yaradılıb. İstirahətimiz də yüksək səviyyədə təşkil olunur. Üzərimizə bir vəzifə düşür: layiqli xidmət edib, komandirlərimizin tarşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək.
Əsgər Ümid Səlimov  hərbi xidmətə Neftçala rayonundan çağırılıb. Şahmat oynayan əsgər stolüstü idman oyunlarına uşaqlıqdan marağının olduğunu bildirdi: 
- Stolüstü idman oyunlarına hər zaman marağım olub. Xidmətimiz zamanı gündəlik keçirilən bütün məşğələlərə həvəslə yanaşır, öyrədilən hərbi biliklərə dərindən yiyələnirik. Hər birimiz yaxşı bilirik ki, biz Vətən qoruyucularıyıq, əsas vəzifəmiz işğalda olan torraqlarımızı azad etmək üçün döyüşə hər an hazır olmaqdır. Bunun üçün də daim öz üzərimizdə çalışırıq. Asudə vaxtlarımızda isə mənəvi istirahət edir, dünya görüşümüzü artırır, bədii əsərlər, qəzet və yurnallar oxuyur, fikir mübadiləsi ararırıq. Bunlar da ünsiyyət bacarığımızı, səmimiyyətimizi daha da artırır.
Şahmat oynayan digər əsgərlərlə salamlaşıram. Bu arada əsgər Vüqar Məmmədovla da həmsöhbət oluram:
- Silahdaşım Nicat Ağayev şahmatda güclü rəqibdi. Bir dəfə o qalib gəlir, bir dəfə mən. Biz hər gün asudə vaxtlarımızı belə səmərəli keçirir, həm də istirahət edirik. Bir sözlə, xidmətimiz uğurla keçir. Ailə mühitində xidmət edirik. Komandirlərimiz bizə doğma münasibət bəsləyir, qayğılarımızla maraqlanır, istirahətimiz üçün də şərait yaradırlar. Biz də əlimizdən gələni edirik ki, uğurlu xidmət edib, bacarıqlı əsgərlər kimi formalaşaq. Ali Baş Komandanımızın əmri ilə döyüş meydanında düşmənə qalib gəlib, torraqlarımızı işğaldan azad edəcəyimiz günün arzusundayıq.
Hərbi xidmət gənclərə döyüş qabiliyyəti ilə yanaşı, bir çox müsbət keyfiyyətlər də aşılayır. Əsgərlər arasında mehribanlığın, səmimiyyətin şahidi oldum. Şəxsi heyətin mənəvi-rsixoloyi hazırlığının, döyüş ruhunun yüksək olduğunu gördüm. Bunların da hamısı bölmədə xidmətin düzgün təşkil olunduğunun, komandir heyətinin qarşıya qoyulan vəzifələrin öhdəsindən bacarıqla gəldiyinin bariz nümunəsidir.

Mahmud MÖHBALIÜEV, "Azərbaycan Ordusu"