İnsan ən ali varlıqdır. Səbri, gücü, iradəsi, ağlı, sevgisi onu fərqləndirir. İnsanın Vətənə sevgisi ən ülvi sevgi hesab edilir. Bu sevgi heç bir sərhəd, əngəl tanımır. Çöldə soyuq, şaxta var. Hər birimiz evdə, öz ailə üzvlərimiz ilə qarşılıqlı əyləşib hansısa mövzunu müzakirə edirik. Bizim üçün zaman davam edir. Bəs zamanları donanlar kimdir? - şəhidlərdir. Əslində, onların da zamanı donmur. Onları biz yaşadırıq. Bu insanlar olmasaydı biz də olmazdıq.
Soyuqda da, istidə də Vətən keşiyində dayanır əsgərlərimiz. Onlar vəzifə borclarını layiqincə yerinə yetirirlər.
Biz səngərlərdə mərd və qorxmaz dayanmağı tarixdən öyrəndik. Tarixdəki insanlardan, şəhidlərimizdən öyrəndik. 20 Yanvar hadisələri zamanı insanlar meydanlara toplaşaraq Vətən torpağı üçün özlərini tankın altına atdılar, qorxmadılar. Biz belə insanlardan öyrəndik Vətənimizi qoruyaraq sevməyi. Amma hər bir haqlı savaşın əsgərləri yaşamağa layiqdirlər. Keçdiyimiz hər bir yolu, hər bir daşı torpaq deyib keçməməliyik. Vətənin daşı, suyu, havası da əziz və doğmadır.
1990-cı ilin 20 yanvarında şəhid olanlar tarixən unudulmayacaq. Azərbaycanın müstəqilliyi naminə şəhid olanlarımız bəşəriyyətin cığırdaşı kimi yaşadılacaqdır.
Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi