Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2019 10:18

"Azərbaycan Ordusu" qəzeti 1 iyun 2019-cu il №42 (2359)

“Döyüş əmrinə hər an hazırıq”

Yaz fəslidir. Yol boyu mənzərə göz oxşayır. Günəşin şüaları səxavətlə yer üzərinə səpələnib. Gözəl bir hava hiss olunmaqdadır. Yazın torpağa çəkdiyi əlvanlıq ürəkləri tərpədir. Təpələr rəngbərəng örtüklərə bürünüb. Bahar çiçəkləri cığırların yan-yörəsini bəzəyir. Ağacların tumurcuqları çiçəkləməkdədi. Havada yarpaq qoxusu, torpaq təravəti duyulur...davamı








Hazırlıqlı hərbçi döyüşdə qalib gəlir

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində minaatan batareyasının atəş hazırlığı dərsini izlədik. Gördüklərimizdən belə nəticəyə gəlmək olur ki, hərbi hissəsinin komandanlığı şəxsi heyətin döyüş vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayırır.
Əsas istiqamətə oriyentirləşmiş maşının vizirinə (bussola) görə paralel yelpik qurmaq üçün leytenant Fuad Ələkbərov növbə ilə viziri hər bir topun panoramına tuşlayaraq bucaqölçən halqası və barabanından göstəriciləri oxuyur və komanda verirdi...davamı








Qürur duyulası ömür

İkinci Şəhidlər xiyabanındayam. Səma açıq olduğundan baxışlarım sonsuzluğacan uzanıb gedir. Bənzərsiz çöhrəsini üzümüzə yenicə açmış səhərin gözəlliyinə baxa-baxa məzarları ziyarət edirəm. "Azərbaycan Bayrağı" ordenli hərbi tibb bacısı Məleykə Əhmədovanın məzarı yanında ayaq saxlayıram. Bir vaxtlar Məleykə özü də xiyabana ziyarətə gələrdi...davamı








“Torpaqlarımızı işğaldan azad edəcəyik”

"N" hərbi hissəsinin mövqeyindəyik. Zabit Araz Vəliyevlə bölmənin döyüş hazırlığından, nizam-intizamından, mənəvi-psixoloji durumundan danışdıq. Zabit xidmətin yüksək səviyyədə təşkil olunduğunu bildirdi. Bölmənin ərazisi, şəraiti ilə tanışlığım, şəxsi heyətin nizam-intizamı, yüksək döyüş ruhunda olması zabitin dediklərini təsdiqləyir. Leytenant A.Vəliyev bir hərbçidən söz açdı. Onun kim olduğunu soruşdum...davamı








“Şəxsi heyətimizin vətənpərvərlik ruhu yüksəkdir”

Bu gün ordu rəhbərliyinin tələblərindən biri də şəxsi heyətin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Leytenant Nurlan Əliyev söhbət zamanı dediklərimizin təsdiqi olaraq bildirdi ki, ordunun qarşısında duran yükü nəzərə alanda, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşılmalıdır. “Şəxsi heyətimizin vətənpərvərlik ruhunun yüksək olması hər mənada ordu və dövlət üçün gərəklidir...davamı








Dostluq ömrümüzün Dan ulduzudu

Səməd Vurğun deyirdi ki, könüldən-könülə yollar görünür...
Əsgərlərimizin könlündən heç zaman iraq düşməyən könlümdən yazla yayın qovuşacağında nələr keçir? - ön xətdə, səngərlərdə əsgərlərimizlə kəlmələşmək. Əsgərlər yenə Vətəndən danışsınlar, "Vətən gözdü biz kirpik, Gözümüzün keşiyini çəkirik" desinlər, torpaqdan danışsınlar, "Torpaqlarımızın yaraları işğalın sonuna kimi qaysaq bağlamayacaq" desinlər, "Böyük Qələbənin yolları üstə səngər müvəqqəti dayanacaqdı" desinlər...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı