Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Dövlət Bayrağı Günü Silahlı Qüvvələrdə təntənəli surətdə qeyd edilib - VİDEO 9 Noyabr 2016 09:00

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 9 Noyabr 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 10-da Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçiriləcək 8 Noyabr 2016 09:00

Noyabrın 13-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Azərbaycandakı xarici dövlətlərin hərbi attaşeləri hərbi hissəni ziyarət ediblər 8 Noyabr 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün noyabrın 8-də Hərbi Dəniz Qüvvələrinə (HDQ) tanışlıq səfəri təşkil olunub.

Hərbi vətənprvərlik həftəsinin növbəti tədbiri Horadizdə təşkil olunub 8 Noyabr 2016 09:00

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində "Bayrağım-varlığım, bəxtiyarlığım" devizi ilə keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir.

Hərb Tarixi Muzeyində Dövlət Bayrağı Günü qeyd olunub 8 Noyabr 2016 09:00

Hərb Tarixi Muzeyində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə "Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız" adlı tədbir keçirilib.

"Bayrağım - varlığım, bəxtiyarlığım" hərbi vətənpərvərlik həftəsinə star verilib 5 Noyabr 2016 09:00

9 Noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ərəfəsində Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrdə "Bayrağım - varlığım, bəxtiyarlığım" devizi altında hərbi vətənpərvərlik hətəsinə start verilib.

Kəşfiyyatçıların hazırlıq səviyyəsi yoxlanılır 5 Noyabr 2016 09:00

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin kəşfiyyat bölmələri ilə hazırlıq məşqləri keçirilir.

Silahlı Qüvvələrdə "Bayrağım - varlığım, bəxtiyarlığım" devizi altında keçirilən hərbi-vətənpərvərlik həftəsi davam edir 5 Noyabr 2016 09:00

Noyabrın 5-də Tovuz şəhərindəki Heydər Əliyev meydanında layihənin müəllifi polkovnik Abdulla Qurbani çıxış edərək hərbi-vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələr şəxsi heyətinin, həm də mülki əhalinin xalqımızın və dövlətimizin milli varlığının, istiqlalının və müstəqilliyinin rəmzi olan müqəddəs bayrağımıza sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

Cəbhə bölgəsində zirehli texnika bölmələrinin döyüş atışlı təlimləri başlayıb 4 Noyabr 2016 09:00

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır.