Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2016 09:00

Hərb Tarixi Muzeyində Dövlət Bayrağı Günü qeyd olunub

Hərb Tarixi Muzeyində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə "Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız" adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə dövlət bayrağının tarixindən danışıb.
Qeyd edilib ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan üçrəngli bayrağımız 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirilib. Lakin XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən əsas bayraq kimi bərpa olunub. 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.
Muzeyin baş elmi işçisi Vahid İsmayılov "Dirçəliş Günü - milli azadlıq mübarizəsinin başlanğıcı", ekspozisiya bölməsinin rəisi Şəlalə Hüseynova isə "12 noyabr - Konstitusiya Günüdür" mövzularında məruzələrlə çıxışlar ediblər.
Dövlət Bayrağı Gününə həsr edilmiş filmin nümayişindən sonra Xətai rayon Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansanblının çıxışları təqdim olunub.