Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Cəbhə bölgəsində irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib 17 Noyabr 2016 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib.

Naxçıvan: Əlahiddə Ümumqoşun Ordunun tank və artilleriya bölmələri irimiqyaslı təlimlərdə iştirak edirlər 17 Noyabr 2016 09:00

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, tank və artilleriya bölmələrinin döyüş uzlaşması aparılıb, praktiki atışlar icra edilib.

Təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur - VİDEO 16 Noyabr 2016 10:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur.

Döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib - VİDEO 15 Noyabr 2016 14:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.

Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib 15 Noyabr 2016 09:00

Noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Hərbi qulluqçumuz şəhid olub 15 Noyabr 2016 09:00

Noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub 15 Noyabr 2016 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.

Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir 15 Noyabr 2016 09:00

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində "Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib.

İrimiqyaslı təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri də iştirak edir 14 Noyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri cəlb olunub.

Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib 14 Noyabr 2016 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.