Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2016 09:00

Dövlət Bayrağı Günü Silahlı Qüvvələrdə təntənəli surətdə qeyd edilib - VİDEO

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Müdafiə nazirinin göstərişinə əsasən bayramla əlaqədar təsdiq olunmuş plan üzrə tarixçi alimlərin, millət vəkillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, veteranların hərbi hissələrə səfərləri, muzey və abidələrə ekskursiyalar təşkil edilib, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, mədəni- kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilib.