Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündən - VİDEO 16 May 2016 15:13

Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hərbi qulluqçuların təltifləri ailə üzvlərinə təqdim edilib 16 May 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib 15 May 2016 13:00

Mayın 15-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Azərbaycanın Müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb 15 May 2016 10:15

Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə görüşüb.

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb 15 May 2016 10:00

Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz ilə ikitərəfli formatda danışıqlar aparılması üçün görüşüb.

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri davam edir 15 May 2016 09:30

Mayın 15-də Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, xanım Tinatin Xidaşeli və cənab İsmət Yılmaz Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önlərinə gül dəstələri qoyublar.

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək 15 May 2016 09:00

Mayın 15-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçiriləcək.

Türkiyənin Milli Müdafiə naziri Qəbələdədir 14 May 2016 09:00

Mayın 14-də günün ikinci yarısında Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.

Gürcüstanın Müdafiə nazirinin Azərbaycana səfəri başlayıb 14 May 2016 09:00

Mayın 14-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.

Cəbhə bölgəsində yeni tikilən hərbi hissənin açılışından - VİDEO 13 May 2016 10:00