Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2016 09:30

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri davam edir

Mayın 15-də Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, xanım Tinatin Xidaşeli və cənab İsmət Yılmaz Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önlərinə gül dəstələri qoyublar.
Sonra Müdafiə nazirləri danışıqlar aparılması üçün Heydər Əliyev Konqres Mərkəzinə yollanıblar.