Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2016 10:15

Azərbaycanın Müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb

Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə görüşüb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları Azərbaycanın qədim diyarı olan Qəbələdə salamlayaraq ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının yüksək templə inkişaf etdiyini bildirən general-polkovnik Z.Həsənov bu əlaqələrin daimi olacağını qeyd edib.
Qəbələ şəhərinə ilk dəfə səfərindən məmnunluğunu ifadə edən Gürcüstanın Müdafiə naziri yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidze iştirak edib.