Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq 9 May 2016 09:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunacaq.

Yaralı zabitimiz dünyasını dəyişib 9 May 2016 09:00

Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Əsgərimiz şəhid olub 8 May 2016 09:00

Mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib 8 May 2016 09:00

Müdafiə nazirinin müvafiq əmri əsasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib.

Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib 8 May 2016 09:00

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.

HDQ-nin yeni Dəniz hazırlığı və dalğıc poliqonunun açılışı olub 7 May 2016 09:00

Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə Hərbi Dəniz Qüvvələrinin bazasında yeni inşa edilən Dəniz hazırlığı və dalğıc poliqonunun açılışı olub.

Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır 2 - VİDEO 6 May 2016 15:45

Azərbaycan-Latviya hərbi əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə edilib 6 May 2016 09:00

Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının ölkəmizdəki səfiri Yuris Maklakovs ilə görüşüb.

Beynəlxalq Dil Koordinasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib 6 May 2016 09:00

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına uyğun olaraq, NATO-nun Beynəlxalq Dil Koordinasiya Mərkəzinin (BİLC) nümayəndə heyəti Xarici Dil və Tərəfdaşlıq Mərkəzi ilə əməkdaşlıq yaratmaq məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilin inkişafına həsr olunmuş seminar keçirilib 6 May 2016 09:00

Mayın 6-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına müvafiq olaraq, Alyansın təlim və təhsil üzrə ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin müdafiə təlimatçıları üçün seminar keçirilib.