Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyənin Jandarma Baş Komandanını qəbul edib 14 Noyabr 2014 09:00

Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov işçi səfərilə ölkəmizdə olan Türkiyə Respublikasının Jandarma Baş Komandanı ordu generalı Abdullah Atayı qəbul edib.

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri düşmən helikopterinin vurulması ilə bağlı məlumatlandırılıb 13 Noyabr 2014 09:00

Noyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş 13 ölkənin hərbi attaşesinin iştirakı ilə tədbir keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xəzər dənizində keçirilən təlimləri izləyib 13 Noyabr 2014 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün noyabrın 13-də başlayan irimiqyaslı birgə təlimlərin ilkin mərhələsini izləmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi Hərbi Dəniz Qüvvələrində olub.

Ağdam rayonu istiqamətində mövqerlərimizi atəşə tutarkən məhv edilən Mi-24 döyüş helikopteri Ermənistan Hərbi Hava Qüvvələrinə məxsusdur 13 Noyabr 2014 09:00

Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizi atəşə tutan Mi-24 döyüş helikopterinin vurulması ilə əlaqədər yaydığı xəbərlərə cavab olaraq Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.

Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb 13 Noyabr 2014 09:00

Təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb.

Bakıda hərbi təhsil sistemi üzrə işçi görüşü keçirilir 12 Noyabr 2014 09:00

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun mütəxəssisləri tərəfindən Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə növbəti işçi görüşü keçirilir.

Mövqələrimizə hücum edən düşmən helikopteri məhv edilib 12 Noyabr 2014 09:00

Müdafiə Nazirliyi bildirir ki, əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Bakıda NATO-nun əməliyyat planlaşdırması üzrə kurs keçirilir 12 Noyabr 2014 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun Əməliyyat Planlaşdırma Prosesi" mövzusunda təlim kursu keçirilir.

Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb 12 Noyabr 2014 09:00

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopter vurulub 12 Noyabr 2014 09:00

Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.