Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Noyabr 2014 09:00

Bakıda hərbi təhsil sistemi üzrə işçi görüşü keçirilir

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun mütəxəssisləri tərəfindən Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə növbəti işçi görüşü keçirilir.
Tədbirdə hərbi təhsil sahəsində strateji planlaşdırmanın təşkili ilə bağlı beynəlxalq təcrübənin, o cümlədən NATO ölkələrinin bu sahədə təcrübəsinin öyrənilməsi və təhsil üzrə digər məsələlər barədə müzakirələr aparılır.
Ekspert Qrupunun üzvləri Hərbi Akademiyanın komandanlığı ilə görüşüb, kafedraların rəhbər və müəllim heyətilə dəyirmi masada strateji planlaşdırmanın təşkililə bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda Hərbi Akademiyanın dinləyiciləri üçün milli təhlükəsizlik strategiyası, qloballaşma və təhlükəsizliklə bağlı mühazirələrin oxunması da planlaşdırılır.
Tədbir noyabrın 13-də başa çatacaqdır.