Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrin voleybol üzrə birinciliyi başlayıb 18 Noyabr 2014 09:00

Noyabrın 18-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman zalında Silahlı Qüvvələrin voleybol üzrə birinciliyinə start verilib.

Monitorinq baş tutdu 18 Noyabr 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan Respublikasının Müdafiə naziri Pakistan İslam Respublikasına rəsmi səfərə gedib 18 Noyabr 2014 09:00

Noyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistanın hərbi-siyasi rejiminə cavab 17 Noyabr 2014 09:00

Ermənistan Respublikasının hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir.

Təmas xəttində monitorinq keçiriləcək 17 Noyabr 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimləri keçirilib 16 Noyabr 2014 09:00

Noyabrın 16-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir 16 Noyabr 2014 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri keçirilir.

Şəmkir hərbi birliyinin hərbi şəhərciyində yeni qərargah binası istifadəyə verilib 15 Noyabr 2014 09:00

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunmuş qərargah binasının açılışında iştirak edib.

17 Noyabr - Milli Dirçəliş Günü münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki 15 Noyabr 2014 09:00

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 15 Noyabr 2014 09:00

Noyabrın 17-dən 18-dək Ankara şəhərində (Türkiyə) Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Quru Qoşunları Hərbi Məktəbini ziyarəti, noyabrın 17-dən 21-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu və İstanbul şəhərində (Türkiyə) Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır.