Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bu erməni tərəfinin növbəti təxribatıdır 22 Noyabr 2014 09:00

Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 22 Noyabr 2014 09:00

Noyabrın 24-dən 28-dək Ankara şəhərində (Türkiyə) Təbii fəlakətlər zamanı hümanitar yardım əməliyyatları kursu, noyabrın 25-dən 30-dək Antaliya şəhərində (Türkiyə) 31-ci Beynəlxalq Qastroentroloji konfransı, noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində (Türkiyə) Hərbi qulluqçu mübadiləsi, dekabrın 19-dək Braşov şəhərində (Rumıniya) Proqram və layihələrin idarə olunması kursu keçiriləcək.

Azərbaycan Respublikasının Müdafiə naziri Gürcüstanın səfirini qəbul edib 21 Noyabr 2014 09:00

Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidzeni qəbul edib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı təəssüf və təəccüb doğurur 20 Noyabr 2014 09:00

Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqelərinə hücum edən Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin cavab atəşilə məhv edilməsi faktı ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanat təəssüf və təəccüb hissi doğurur.

Əfsanəvi komandir Cavad Həkimlinin 100 illiyi qeyd edildi 20 Noyabr 2014 09:00

Azərbaycan Hərb Tarixi Muzeyində Avropa müqavimət hərəkatının iştirakçısı Cavad Ataxəlil oğlu Həkimlinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Düşmənlə atışmada əsgərimiz şəhid olub 20 Noyabr 2014 09:00

Noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.

Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri sona çatıb - VİDEO 19 Noyabr 2014 16:45

Azərbaycan Respublikasının Müdafiə naziri Pakistanda bir sıra görüşlər keçirib 19 Noyabr 2014 09:00

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmud və bu ölkənin Müdafiə naziri cənab Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib.

Məlumat 18 Noyabr 2014 09:00

Noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinə atəş dəstəyi verən Mi-24 döyüş helikopteri cütlüyü heyətlərinin uçuşları və yerinə yetirdiyi tapşırıqların təhlili ilkin nəticəni bir daha təsdiq edir.

Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar 18 Noyabr 2014 09:00

Bu məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 №-li "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamına əsasən hazırlanmışdır.