Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Dövlət komitəsinin nümayəndələri "N" hərbi hissəsində olublar 12 Aprel 2024 11:30

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan birgə plana əsasən, milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.

Hərbi qulluqçuların asudə vaxtı yüksək səviyyədə təşkil olunur 11 Aprel 2024 19:33

Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib 11 Aprel 2024 11:30

Quru Qoşunlarının 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

"Azərbaycan Ordusu" qəzeti № 26 (2837) 10 Aprel 2024 14:28

“Komando olmaq xüsusi dözüm, iradə, fiziki güc və bilik tələb edir”Azərbaycan Ordusunda diqqət mərkəzində saxlanılan mühüm məsələlərdən biri də şəxsi heyətin döyüş vərdişlərinin artırılmasıdır...davamıAprel səhəri - Aprel ZəfəriTarix həm də təqvimdir, aylar il olur, illər tarix.

Azərbaycan Ordusunda Ramazan bayramı münasibətilə silsilə tədbirlər keçirilib 10 Aprel 2024 12:49

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Ramazan bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Hərbi polisin yaranmasının ildönümü və Ramazan bayramı münasibətilə tədbir keçirilib 10 Aprel 2024 11:58

Aprelin 10-da Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 32-ci ildönümü və Ramazan bayramı münasibətilə tədbir keçirilib.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 9 Aprel 2024 18:30

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Yeni gələn çağırışçıların hərbi hissələrdə qəbulu davam edir 9 Aprel 2024 18:16

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.

Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək 9 Aprel 2024 17:03

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən cari il ərzində iki ölkə arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.

Ordumuzun mövqeləri yenidən atəşə tutulub 9 Aprel 2024 13:49

Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.