Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2024 11:30

Dövlət komitəsinin nümayəndələri "N" hərbi hissəsində olublar

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan birgə plana əsasən, milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.
Dövlət komitəsinin nümayəndələri bir neçə hərbi hissəni ziyarət edərək burada şəxsi heyətlə görüşlər keçiriblər.
Keçirilən görüşlər zamanı Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə sağlam əhval-ruhiyyənin yaranmasında və formalaşmasında, eləcə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında islam dininin rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirlərdən danışılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi istiqamətində həyata keçirilən bu cür tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanıb.