Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri davam edir - VİDEO 13 Sentyabr 2021 17:00

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin hərbi rəhbərliyi ilə görüşüb - VİDEO 13 Sentyabr 2021 13:52

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib 13 Sentyabr 2021 13:28

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirilib - VİDEO 13 Sentyabr 2021 11:31

Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib.

Hərbi Dəniz Qüvvələrində birgə təlimlər başa çatıb 13 Sentyabr 2021 09:52

Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Ankarada Heydər Əliyev Parkını ziyarət edib - VİDEO 12 Sentyabr 2021 20:05

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 12-də Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

“Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib - VİDEO 12 Sentyabr 2021 18:55

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə rəsmi səfərdədir 12 Sentyabr 2021 16:00

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir.

Müdafiə Nazirliyinin məlumatı 12 Sentyabr 2021 13:59

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır.

Həftəlik icmal: ŞƏRHSİZ - VİDEO 12 Sentyabr 2021 10:02