Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2021 20:05

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Ankarada Heydər Əliyev Parkını ziyarət edib - VİDEO

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 12-də Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.
General-leytenant Kərim Vəliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.