Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Azərbaycan Ordusu" qəzeti - №81 (2198) 28 Oktyabr 2017 11:57

Qətiyyətin son ünvanı - Qələbə!Ön xətdə əsgərlərimizlə görüşəndə, onların gözündəki sevinci hiss edəndə, dili ilə demək istədiklərini - bizimlə birlikdə müşayiət etdiyiniz torpaqlar ulu babalarımız Cavanşirin, Babəkin, Xətainin at oynatdığı oylaqlardı.

Müdafiə naziri Əfqanıstanın ölkəmizdəki səfiri ilə görüşüb 26 Oktyabr 2017 18:07

Oktyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Taqi Xəlili ilə görüşüb.

Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib 26 Oktyabr 2017 17:36

Oktyabrın 26-da “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakı şəhərində hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

Silahlı Qüvvələrin cüdo birinciliyi keçirilib 26 Oktyabr 2017 13:02

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb 26 Oktyabr 2017 11:29

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Monitorinq insidentsiz başa çatıb 25 Oktyabr 2017 12:28

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Vaşinqtonda keçirilən görüşdə iştirak edib 25 Oktyabr 2017 11:46

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Vaşinqton şəhərində Baş Qərargah rəisləri səviyyəsində keçirilən “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda keçirilən görüşdə iştirak edib.

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub 24 Oktyabr 2017 16:54

Bakıda Birgə İşçi Qrupunun ilk görüşü keçirilirOktyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin müavini, ikitərəfli hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən rəhbəri, general-mayor Höccətullah Qoreyşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Horadiz qəsəbəsinə şəhər statusunun verilməsinin 10 illiyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbiri keçirilib 24 Oktyabr 2017 16:40

Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusunun verilməsinin 10 illiyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbiri keçirilib.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 24 Oktyabr 2017 09:40

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.