AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxanasında hərbi qulluqçuların milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin təbliği məqsədilə “Mütaliəyə marağın artırılması” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 dekabr 2017-ci il tarixədək 87.032.400,63 AZN, 212.873,88 ABŞ dolları, 9236,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Müdafiə Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə həsr edilmiş tədbir keçirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) kursantlarının tədris planına və proqramına uyğun olaraq “Qaraheybət” Təlim Mərkəzində şəxsi heyətin bütün ixtisaslar üzrə intensiv hazırlığı həyata keçirilir.
Noyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz ilə görüşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir.
2017-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Orduda snayperlərin təlim toplantısı keçirilir.
Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə psixoloji sahədə maarifləndirmə mövzusunda tədbirlər keçirilib.