Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2018 12:45

Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Müdafiə Nazirliyinin nümayəndələri  plana uyğun olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunan şöbə və bölmələrdəki vəziyyətlə tanış olan nümayəndələr personalın gündəlik iş fəaliyyəti ilə də bağlı məlumatlandırılıb. Tibbi heyətlə ümumi söhbətindən və gördüklərindən məmnunluğunu ifadə edən F.Həsənov buradakı vəziyyətdən də tam razı qaldığını vurğulayıb.