Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2018 12:52

Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hospitalda olublar

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun böyük məsləhətçisi Murad Babayev, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hospitalda olublar.
Qonaqlar hospitalın cərrahiyyə, terapiya, travmatologiya, nevrologiya, poliklinika şöbələrində hərbi qulluqçuların sağlamlıqları üçün yaradılan şəraitlə yaxından tanış olub, müalicə alan əsgər və zabitlərin sağlamlıq durumları, o cümlədən tibbi xidmətlə maraqlanıblar.
Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını bildiriblər.