Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahların, hərbi və xüsusi texnikanın nümayişi keçirilib 25 Aprel 2017 10:00

Mayın 1-dən 5-dək keçiriləcək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərində istifadə olunacaq silahların, hərbi və xüsusi texnika nümunələrinin sərgisi keçirilib.

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlər keçiriləcək - VİDEO 21 Aprel 2017 18:15

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək.

Genişmiqyaslı təlimlər - VİDEO 21 Aprel 2017 17:45

Cəbhə bölgəsində Müdafiə Nazirliyinin geniş kollegiya iclası keçirilib 21 Aprel 2017 11:40

Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Şəmkirdə “Şahin” hərbi-idman oyunları üzrə zona birinciliyi keçirilib 21 Aprel 2017 11:00

Şəmkir rayonundakı “N” saylı hərbi hissədə “Şahin” hərbi-idman oyunları üzrə zona birinciliyi keçirilib.

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub 20 Aprel 2017 15:25

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib 19 Aprel 2017 19:30

Təlimlər zamanı Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Təlim zamanı qoşunların açılma həddinə çıxarılması üzrə tapşırıqlar icra edilib 19 Aprel 2017 17:55

Təlimlərin növbəti mərhələsində qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər.

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb 19 Aprel 2017 16:30

Şəmkir rayonundakı “N” saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anma mərasimi keçirilib.

Qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır 18 Aprel 2017 19:58

Təlimlərin növbəti mərhələsində qarşılıqlı fəaliyyətlərin təşkili məqsədilə əvvəl qəbul edilmiş qərarlar maket üzərində və ərazidə dəqiqləşdirilib.