Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2018 18:40

Azərbaycanın Müdafiə naziri Anıtqəbiri ziyarət edib

Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.