AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində güləşin sərbəst və yunan-Roma növü, eləcə də cüdo üzrə Azərbaycan Ordusunun birinciliyi başlayıb.
Azərbaycan Güləş Federasiyasının beynəlxalq və respublika dərəcəli hakimləri tərəfindən idarə olunan yarışlar martın 31-dək davam edəcəkdir.