Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2018 18:13

Müdafiə naziri ABŞ-ın ölkəmizdə fəaliyyət müddəti başa çatan səfiri ilə görüşüb

Martın 27-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.